Sabiq müdafiə naziri Səfər Əbiyev və dostları NEKROLOQ YAYDILAR

Sabiq müdafiə naziri Səfər Əbiyev və dostları NEKROLOQ YAYDILAR

"Bağışla ki, səni qoruya bilmədik” – Səfər Əbiyev və Murad Acının digər dostları nekroloq yaydı 

Xəbər verdiyimiz kimi martın 7-də tanınmış yazıçı-publisist,  türkoloq və tədqiqtçı, iqtisadiyyat üzrə elmlər doktoru,  tarixi janrda bir çox məşhur əsərin müəllifi,  "Altaydançıxma” nəzəriyyəsinin yaradıçısı Murad Acı (Murad İskenderoviç Acıyev) dünyasını dəyişib. Əslən Kumuq türkü olan Murad Acı 1944-cü ildə Moskvada anadan olmuşdu. "Avropa. Türklər. Böyük çöl.”, "Qıpçaqlar. Türklərin və Böyük çölün qədim tarixi.”, "Qıpçaqlar. Oğuzlar. Türklərin və Böyük çölün orta əsrlər tarixi.” kimi  çoxsaylı əsərlərin müəəlifi olan Murad Acının vəfatı ilə bağlı sabiq müdafiə naziri, general-polkovnik Səfər Əbiyev və Murad Acını sevən digər dostları "AzPolitika.info” vasitəsilə nekroloq yayıblar. Həmin nekroloqu təqdim edirik. 

-Murad Acını itirdik. Bəli, yaranan bir gün gedəcək. Həyatın fəlsəfəsi, Allahın işi belədir. Ancaq sevimli dostumuzun və bizə görə yeri həmişə görünəcək böyük bir insanın ölümünü belə tez gözləmirdik. Ondaki nikbinlik, yaşamaq həvəsi, yazıb-yaratmaq hissi onu sevən dostlar arasında belə bir təssürat yaratmışdır ki, xəstəlik Muradı əyə bilməyəcək.

Dogrudan, çox istərdik ki, o, hələ yaşasın və qədim türk tarixinin üzərinə işıq salacaq yeni – yeni əsərlərlə bizləri sevindirsin. Onun elmi baxışları və tədqiqatları o qədər zəngin və tutarlı sübutlara esaslanan elə bir xəzinə idi ki, onları özü ilə əbədiyyətə aparması ilə sadəcə barışmaq çətindir.

Qədim türk tarixindən söhbət düşərkən Murad Acını sanki Altaylardan tutmuş Balkanlara qədər türklüyün böyük ərazisinin yorulmaz yolçusu kimi görürdük. Yəqin ki, Murad Adjinin ardıcılları onun bu müqəddəs işini yarımçıq qoymayacaqlar. Muradın yoxluguna çox üzülürük.

Onunla dostlugumuz 90-cı illərə gedib çıxır. Özümü çox xoşbəxt hiss edirəm ki, belə böyük və müdrik insanla aramızda qırılmaz bir körpü yaranmışdı.Bu yaxınlıq hər şeydən əvvəl mənəvi bir baglılıga, əvəzsiz dostluga söykənirdi. Unudulmaz qələm və təfəkkür sahibinin maraqlı söhbətləri, qədim türk tarixinə dair yeni araşdırmaları bizim üçün unudulmaz bir həyat səhifəsidir.

Səhv etmirəmsə 1995-ci il idi. Murad Acının türk tarixinə aid çox fundamental yeni bir əsəri çapdan çıxmışdı. Kitabın bir neçə nüsxəsini mənə və onu sevən dostlara göndərmişdi. Birlikdə oxuduq belə qərara gəldik ki, əsərin Azərbaycanda yayılmasına ciddi ehtiyac vardır. Ona görə də, həmin kitabı çoxlu sayda Bakıya gətizdirdik və elmi müəssisələrdə, ali məktəblərdə yayılmasına nail olduq.

Murad Acı böyük alim və türkçü oldugu qədər həm də sözün əsl mənasında böyük insan idi. Onunla keçirdiyimiz günləri, maraqlı söhbətləri unutmaq bizim üçün olduqca çətindir.
Əziz dost çox tələsdin. Buna görə üzgünük. Bağışla ki, səni qoruya bilmədik.

Allahdan sənə rəhmət diləyirik. Əziz ailənə səbr və dözüm arzulayırıq. Səni sevən dostların yaddaşından heç zaman çıxmayacaqsan. Əlvida əziz dost, əlvida!

Sabiq müdafiə naziri, general-polkovnik Səfər Əbiyev və Murad Acını sevən digər dostlar!

IMG-20180309-WA0005IMG-20180309-WA0002

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az