Sabir Rüstəmxanlı qardaşının həbsindən danışdı

Sabir Rüstəmxanlı qardaşının həbsindən danışdı

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı qardaşı Əlövsət Əliyevin alman polisi tərəfindən siyasi mühacir alverində şübhələnərək saxlanıldığı faktına münasibət bildirib.

S.Rüstəmxanlı APA-ya açıqlamasında bildirib ki, Almaniya hökuməti Əlövsət Əliyevdən qanunsuz miqrasiya işlərini görmək, vətəndaşların Almaniyaya daşınması səbəbi ilə şübhələnib:

"Lakin Əlövsət Əliyev qanunsuz heç bir işlə məşğul olmayıb. Sadəcə ora gedən vətəndaşlarımıza kömək edib. Bu da vətəndaşlrımız xeyrinə olan bir şeydir”.

Qeyd edək ki, Almaniyada siyasi mühacir alverində və saxta sənəd təşkil etməkdə şübhəli bilinən azərbaycanlılar saxlanılıb.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az