Sabirabadda 26 yaşlı oğlan bıçaqlandı

Sabirabadda 26 yaşlı oğlan bıçaqlandı
Sabirabadda bıçaqlanma hadisəsi baş verib.

APA-nın məlumatına görə, ötən gecə Sabirabad sakini, 1992-ci il təvəllüdlü Məmmədli Orxan Rasim oğlu hələlik istintaqa məlum olmayan şəxs tərəfindən bıçaqlanıb.

O. Məmmədli döş qəfəsini dəlib-keçən, ürək və ağ ciyərin zədələnməsi diaqnozu ilə Şirvan Mərkəzi Şəhər Xəstəxanasında əməliyyat olunaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az