Şabranda 22 yaşlı oğlan qız üstündə qan tökdü – Cəza

Şabranda 22 yaşlı oğlan qız üstündə qan tökdü – Cəza
Şabran rayonunda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən 22 yaşlı Fərid Musayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Fərid Musayev 4 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, bu ilin yanvarın 30-da Şabran rayon ərazisində yerləşən ticarət mərkəzinin qarşısında 32 yaşlı Elçin Şükürov naməlum şəraitdə bıçaqlanıb. O, sol bazu sümüyü və qarın boşluğuna keçən, sol böyrəyin zədələnməsi, kəsilmiş-deşilmiş yarası ilə Şabran rayon Mərkəzi Xəstəxanasına gətirilib.
Daxil olan məlumat əsasında aparılan araşdırma zamanı müəyyən edilib ki, yanvarın 30-da, axşam saat 17 radələrində rayon sakini, 22 yaşlı Fərid Musayev ticarət mərkəzinin qarşısında qısqanclıq zəminində aralarında yaranan mübahisə nəticəsində Elçin Şükürovu öldürmək məqsədilə bıçaqlayıb.
Məlum olub ki, gənc oğlan 33 yaşlı kişini qız üstündə bıçaqlayıb.
İstintaq orqanı tərəfindən Fərid Musayevin barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az