Sadiq Yusifovun “REKET ŞƏBƏKƏSİ” “EKOLOJİ CİNAYƏTLƏR” haqda – ŞOK FAKTLAR

Sadiq Yusifovun “REKET ŞƏBƏKƏSİ” və “EKOLOJİ CİNAYƏTLƏR” haqda – ŞOK FAKTLAR

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin bir qrup "işsiz-gücsüz insanlarla" əlbir olaraq Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polkovnik-leytenant Azər Əliyevin icarə əsasında işlətdiyi "Şah Saray” şadlıq evini əsassız yerə cərimə etdiyini və bu işin başında ETSN-in 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin mühafizəsinə nəzarət sektorunun rəhbəri Sadiq Yusifovun dayandığını,məlumat vermişdik. 

Məlumatda qeyd olunurdu ki, "Şah Saray” şadlıq evində ekoloji çirkləndirməyə qarşı müasir avadanlıq quraşdırılsa da, 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi əlbir olduğu bəzi şəxslərin əsassız şikayəti  cərimə edilib. Hərçənd, Bakıda yüzlərlə şadlıq evindən təxminən onunda belə avadanlıq quraşdırılıb, digərlərində isə ekoloji qaydalara əməl edilmir. Bu faktlar suallar yaradır.

Beləliklə, Miq.az olaraq bu suallar əsasında apardığımız araşdırmalar zamanı ciddi faktlar ortaya çıxdı.

Bəzi  insanlarla əlbir olub restoranları şantaj edən 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin mühafizəsinə nəzarət sektorunun rəhbəri Sadiq Yusifovun özü də restoran və otellər şəbəkəsinə malikdir. Maraqlıdır, bəlli bir məbləğdə əmək haqqı alan dövlət məmuru restoran və otel şəbəkəsinə necə sahib olub? Bu varidatın S.Yusifova miras qalmadığı məlumdur, o da məlumdur ki, bu dövlət məmuru aylıq maaşla nəinki restoran-otel şəbəkəsi qura, heç hazırda idarə etdiyi inomarka avomobili də ala bilməz.

Əxlaqsız yuvası, restoran və otellər – Yusifovun şəbəkəsi

Araşdırmalarımız zamanı məlum oldu ki, Novxanıda dəniz kənarında birinci xətdə yerləşən "Ləman” adlı restoran Sadiq Yusifova məxsusdur. Maraqlıdır ki, ekoloji çirkləndirməyə qarşı müasir avadanlıqla təchiz olunmuş şadlıq evini 2.500 AZN cərimə edən bu məmurun sahibi olduğu restoranda heç bir ekoloji qaydalara riayət olunmur. Restoranın tüstü çıxan üç yeri və kustar üsulla düzəldilmiş bacaları var.  Lakin hər şey bununla bitmir, S.Yusifova məxsus bu restoran həm də otel kimi istifadə olunur və əldə etdiyimiz məlumata görə, bu oteldə əxlaqsızlıq yuvası fəaliyyət göstərir.

Əxlaqsız yuvası saxlayan və geniş biznes fəaliyyəti olan S.Yusifovun ona tapşırılmış və aylıq əmək haqqı aldığı dövlət işini görməyə vaxtı qalırmı? Hər-halda bu sualın cavabını yalnız özü verə bilər. Lakin bəlli bir maaş alan dövlət məmurunun bu qədər sərvəti necə əldə etməsi artıq ictimai maraq daşıyan sualdır və redaksiya olaraq bunun cavabını tapmağa çalışdıq.

"Reket şəbəkəsi”: Yusifov sahibkarlardan "haqq” toplayır

Əldə etdiyimiz məlumatlara görə, S.Yusifov o cümlədən xüsusi olaraq, işsiz-gücsüz adamlarla birgə şantaj şəbəkəsi yaradıb. Bu şəbəkənin əsas işi iaşə obyektlərindən, restoranlardan və digər müəssisələrdən şikayətlər yazmaq və aylıq "haqq” almaqdır. Toplanan "haqlar”a S.Yusifov nəzarət edir və şəbəkənin digər üzvlərinə "faiz” verir. Onlara haqq ödəməkdən imtina edən obyektlər isə əsassız bəhanələrlə külli miqdarda cərimə olunur. Hətta "qaraladıqları” restoran və obyektləri cərimə etmək üçün yaşayışı olmayan MTK binalarında vətəndaşların adından məktublar yazdırır və bunları "əsas” kimi göstərir.

Prezident Administrasiyasına ETİRAZ MƏKTUBLARI  – Bir məmurun törətdikləri

Redaksiyamıza daxil olan bir neçə şikayət məktubunda bu barədə ətraflı faktlar yer alır, növbəti araşdırmamızda şikayətçilərin adları açıqlanacaq.

Onu da qeyd edək ki, redaksiyamıza daxil olan şikayət məktublarında narazı sahibkarlar, xüsusən də Qarabağ əlilləri Sadiq Yusifova etiraz əlaməti olaraq Prezident Administrasiyasına bu barədə müraciət də hazırlayıblar. Göründüyü kimi, belə məmurların cinayət əməlinə bərabər olan əməlləri dövlət başçısının xalq üçün gördüyü əvəzsiz işləri baltalayır, əhalidə narazılıq yaradır.

Bu istiqamətdə araşdırmalarımız davam edir. Növbəti yazımızda 400-500 manat civarında maaş alan dövlət məmuru Sadiq Yusifovun bu qədər sərvətə malik olmasının sirlərini, Binəqədi rayonunda yerləşən ona məxsus "Qədim Ocaq” restoranı və bu restoranı necə ələ keçirməsinə dair faktları və digər sensasion məqamları açıqlayacağıq. 

ANONS:

1. Sadiq Yusifovun qaranlıq keçmişi və Eldar Mahmudovun "məktəbinin” ekoloji məmuru.

2. Muxtar Babayev işçisinin bu əməllərinə niyə göz yumur?

3. Muxtar Babayevə "Tüstü biznesmeni” ayamasını hansı məmurları gətirib?

4.Yazdığımız bu mövzu ilə əlaqədar zərərçəkən şəxslər 050 547 71 21 055 875 56 58 nömrəli telefonlara zəng edə bilərlər. 

Şikayət və məktublarınızı infomiqaz@gmail.com email ünvanına göndərə bilərsiniz.

Qarşı tərəfin mövqeyini də verməyə hazırıq.


Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az