Şahdağ Turizm Mərkəzinə xarici vətəndaş rəhbərlik edəcək

Şahdağ Turizm Mərkəzinə xarici vətəndaş rəhbərlik edəcək

Dövlət Turizm Agentliyi yanında "Şahdağ Turizm Mərkəzi” QSC-nin İdarə Heyətinə yeni sədr təyin edilib.


"Report” xəbər verir ki, bu, Almaniya vətəndaşı Rodderix Mark Lefflerdir.

O, sədr vəzifəsində Rüstəm Nəcəfovu əvəz edib.

Yeni menecerin otel biznesində böyük təcrübəsinin olduğu, aparıcı beynəlxalq mehmanxana şəbəkələrində işlədiyi bildirilir.

Xatırladaq ki, "Şahdağ Turizm Mərkəzi” də zərərlə işləyən dövlət şirkətlərindəndir. Mərkəz 2017-ci ilin maliyyə hesabatını açıqlamasa da, 2016-cı ilin yekunda 5 mln. manatdan artıq yığılmış zərərə malik olub.

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az