Sahil Babayevdən POLKOVNİKƏ reaksiya -Təşəkkürlər

Sahil Babayevdən POLKOVNİKƏ reaksiya -Təşəkkürlər

Bir neçə gün bundan əvvəl bəzi mətbuat orqanlarında və sosial şəbəkələrdə hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərovun əlillərin hüquqlarının müdafiəsi ilə bağlı muraciəti yayımlanmışdı. Miq.Az saytında da "Polkovnikdən bəzi nazirlərə MESAJ: "TƏCİLİ və TƏSİRLİ tədbirlər həyata keçirilsin" adlı yazı hazırlanmışdı. 

Polkovnikin açıqlamasından sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbovun Üzeyir Cəfərova xitabən müraciəti yayılıb. Mətbuat katibinin müraciətini, polkovnikin isə müraciətə cavabını oxucuların diqqətinə çatdırırıq: 

Əziz dostlar! Hörmətli həmkarlar!

"Bir qədər əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi hörmətli Fazil Talıbovun mənə xitabən bir açıqlamasına rast gəldim. Onu olduğu kimi diqqətinizə çatdırmaq istəyirəm. Və fürsətdən istifadə edib qaldırdığımız məsələlərlə əlaqədar verdikləri reaksiyaya görə ƏƏSM naziri Sahil Babayevə və hörmətli həmkarımız Fazil Talıbova təşəkkürümü bildirirəm. 

Amma və lakin, mən artıq neçənci dəfədir ki, təkrar etməyə məcburam ki, Qarabağ Müharibəsinin veteranları ilə bağlı 2012-ci ilin mayın 1-dən etibarən HƏLƏ də sabiq nazir Səlim Müslümovun qəbul etdiyi YANLIŞ və SƏHV qərarın icrası ilə bağlı ƏƏSMN nə etmək fikrindədir, heç bir açıqlama yoxdur. Xahiş edirəm, bu suala da cavab verəsiniz. MİNLƏRLƏ Müharibə Veteranı, o cümlədən də mən özüm Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının qərarının niyə icra edilməməsinin səbəbini bilmək istəyirik. Biz istəmirik ki, Qarabağ Müharibəsinin Veteranları bu məsələ ilə bağlı Ali Baş Komandanın müdaxilə etməsi üçün müraciət etsinlər. Yəqin ki, yaxın günlərdə biz bunu da ya açıq, ya da birbaşa edəcəyik. 
Bir daha ƏƏSM nazirliyinin rəhbərliyinə təşəkkür edirəm.
Aşağıda ƏƏSMN-nin mənə ünvanladığı cavabı diqqətinizə çatdırıram.

Hörmətli Üzeyir müəllim, Sizin bu yazınızda qaldırdığınız 2 məsələdən birincisi, yəni Bərdə sakini Əliyev Mütəllimlə bağlı hələ siz bu statusu paylaşmazdan bir həftə əvvəl, oktyabrın sonunda nazirlik tərəfindən konkret tədbir görülüb. Vətəndaşın əlilliyi nəinki bərpa olunub, ona I qrup əlillik təyin olunub. Həmçinin pensiyası da dərhal bərpa edilib. 

Ümumiyyətlə nazirlik istər KİV, istərsə də sosial şəbəkələr vasitəsilə hər hansı ədalətsizlik halı ilə bağlı məlumat əldə etdikdə buna operativ reaksiya verir və qanunvericilik çərçivəsində bütün tədbirləri görür. 
İkinci məsələ ilə bağlı, Əmrulla Ömərovun şəhid ailəsi kimi təqaüdünün kəsilməsi məsələsi də diqqətlə araşdırılıb nəticəsi barədə məlumat veriləcək.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az