“Şam yeməyində onunla bir ailənin üzvləri kimi oturmuşduq...”

“Şam yeməyində onunla bir ailənin üzvləri kimi oturmuşduq...”

Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstan prezidenti Nursultan Nazarbayev barədə bu ölkənin Dövlət Televiziyasının çəkdiyi sənədli film üçün müsahibə verib.

Virtualaz.org xəbər verir ki, İlham Əliyev Nursultan Nazarbayevi "ağsaqqal” adlandırıb və onunla münasibətlərinin çox səmimi olduğunu deyib.

"Mənə Nursultan Abışeviçlə ünsiyyətdə olmaq həmişə çox xoşdur, mən ona çox böyük hörmət bəsləyirəm. O, bizim ağsaqqalımızdır. Əlbətdə, onun atam Heydər Əliyevlə görüşlərini və söhbətlərini yaxşı xatırlayıram. Onları çox yaxın dostluq münasibətləri bağlayırdı. Əlbətdə, əsası qoyulan bu ənənə şadam ki, indi də davam edir. İnsani planda da Nursultan Abışeviçlə ünsiyyətdə olmaq çox xoşdur. Bizim Bakıda baş tutan sonuncu görüşümüzdə də, rəsmi mərasimlərdə və qeyri-rəsmi dostyana şam yeməyində də biz bir ailənin üzvləri kimi oturmuşduq”-İlham Əliyev bildirib.

Qazaxıstan Dövlət Televiziyasının çəkdiyi sənədli filmdə digər MDB prezidentlərindən də müsahibələr nəzərdə tutulur.
[video=http:// ]
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az