Şamaxıdakı sürüşmə sahələri ilə bağlı SON DURUM

Şamaxıdakı sürüşmə sahələri ilə bağlı SON DURUM
Hazırda Şamaxı şəhərində, 48-ci A məhəlləsindəki sürüşmə sahəsində, Saqiyan və Dədəgünəş sürüşmə sahələrində müəyyən aktivlik müşahidə edilir.

Miq.az bildirir ki, bunu trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
Ə.Qaralovun sözlərinə görə, sürüşmə sahələrində qeydə alınan mövcud çatların parametrlərində genişlənmə müşahidə edilir. Ümumilikdə, bu sürüşmə sahələrindəki aktivlik təbii amillərlə izah oluna bilər.

Ekspedisiya rəisi əlavə edib ki, nazirliyin mütəxəssisləri tərəfindən adları çəkilən ərazilərdə monitorinqlər həyata keçiriləcək.
Ə.Qaralov qeyd edib ki, Suraxanı rayonu, Zığ 1 sürüşmə sahəsində, Abşeron rayonu Masazır qəsəbəsindəki Zəli gölü adlanan sürüşmə və uçqun prosesinin dinamikasında, Nübar qəsəbəsindəki sürüşmə-çökmə sahəsində aktivlik müşahidə edilir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az