Sara

Sara


10 noyabr 2010-cu il. Heç vaxt günün, ayın, ilin tarixi mənə fərq etməyib. Hansı gündə, hansı anda atdığım addım məni hara aparacaq deyə düşünmədiyimdən ömrümün qalan hissəsində də 10 noyabr 2010-cu ildə verdiyim qərarın nəticəsini müzakirə etmədim. O qədər dana olmuşam ki... söz mənə heç vaxt nəsə deməyib. Halbuki...
Yanımda deyiblər ki, indi milyoner bir milyon dolları olandı, qapımda üç gün gözləyən iki milyon yarım rus rublunu, təxminən yüz min dolları ağladıb geri qaytarmışam, sonra otuz faizlə min iki yüz dollar borc götürüb inflyasiya nəticəsində beşqat artığını qaytarmışam olan qalanımı satmaqla. Halbuki 24 yaşımda fəxrlə deyirdim ki, pul qapımdan ağlayıb qayıdıb, ancaq o qədər qəpiyə həsrət qaldım ki! Situativ kişiliyin qurbanı olmamaq lazımdı - bunu mən anlayanda gec idi və ayrıları anlasın deyə deyirəm, mənə indi lornan şorun fərqi yox! 
Həzrəti-Əlinin insanlar xərclədikləri hər şeyə - mala, pula, qızıla heyfsilənirlər, amma ən qiymətli sərvəti, vaxtı puça çıxarmağı unudurlar deməyini yazıb oxucuya çatdırmışam, fəqət özüm vaxtı nəzərə almamışam.
Həə... dedim axı, dana olmuşam: nə vaxtın, nə pulun qədrini bilməmişəm. Mən hər şeyi öz başında çatlayıb ağıllanan axmaqlardanam - heç əziz babamız Vladimir İliçin "ağıllı adam ayrılarının səhvindən ibrət alır" deyiminə də fikir verməmişəm.
Vaxtı, pulu qurban verməklə canım qurtarsaydı, nə vardı ki?! Mən danabaş, ruhumu da - ömrümü də üçüncüsünə qurban verdim, yenə ağıllanmadım. Üçüncüsünü Sara anlatmışdı, hər şey belə olmaya bilərdi, əgər özümə "dur" deyə bilsəydim. Sara təzə heç nə demirdi əslində, mənim yazımdan mənim özümə sitat gətirirdi ki, fahişəni sevməzlər. O, sadəcə ətraflı deyirdi mənim bir cümlədə yazdığımı.
Sara... həə, Sara...
"Ədəbiyyata qəhbə kimi gəlib şair-yazıçı olanlar var, amma sən ədəbiyyata şair-yazıçı kimi gəlib qəhbə olanlardansan" dediyim Sara...
Sara qadın olaraq cazibədar deyildi - əyalətin nənəmnehrə arvadlarından fərq eləmirdi. El arasında eləsinə deyirlər ki, it də ona tamah salmaz. Amma Azərbaycan ədəbiyyatında şəxsən tanıdığım və ünlü isimlərdən hesab etdiyim dahiləri Saranın inboxunda lüt, miskin, rəzil gördüm. İlham Əliyevə saytlarda, qəzetlərdə diktator yazanlar, onu "h.ə.izm"də günahlandıranlar bu əyalət ifritəsinin inboxunda nə gündəydilər, İlahi!
Deyirdim ki, Sara, İlham Əliyev bilsə ki, ona dəstək verənləri, onu təbliğ və tərif edənləri, eyni zamanda ona meydan oxuyanları, onun qabağında sınmayanları (sonradan hamısı sındı, deyəsən bu sınma prosesi Saranın inboxundan start götürmüşdü -A.C.) sən belə soyundurubsan, sənə milli qəhrəman adı verər, Anar da səni Nobelə təqdim edər. Həm də xalq üçün maraqlı ideya verdin mənə, gərək bir dənə ümmumilli qəhbə tapaq müxalifətlə iqtidara, ayrı heç bir halda birləşməyən azərbaycanlılar yəqin onun xatirinə bir araya gələr. Sən bunun minimodelini nümayiş etdiribsən.
Məni də o inboxa çəkən Saranın mənəqədərki "dahi sevgililəri"ndən fərqim o idi ki, mən Saranın qeyrətini çəkməyə girişdim! Mən e, mən - xanımından boşanan, onun neynədiyindən, iki qızının gündəlik dərd-sərindən illərlə xəbərsiz qalan mən... ümummiilli qəhbənin qeyrətini çəkən oldum.
Sara... şeirlərinə, hekayələrinə sosial şəbəkədəki sayt və forumlarda rəy yazdığım imza idi. Hətta bir dəfə "Proloq" qəzetində onu Aqşin Yeniseylə bir sırada tutub əsaslı şəkildə ittiham etmişdim ki, bu iki imza tükənməz imzadı, amma hər ikisi özünü "rasxod"a verir... (Təəssüf ki, yazdığım ehtiyatlanma doğruldu).
Vəssalam. Sara ilə ilişkim bu qədər olmuşdu onun 1992-ci ildə Nüsrət Kəsəmənlidən başlayıb üzü bu yana olan dahilərlə təmasına qədər. Və...
Sara... məni özü axtarıb tapmışdı. Saranın qurbanını axtarıb tapma priyomunu 2010-cu ilin sentyabrın sonlarından bilirdim. Maraqlı olduğu üçün yazıram. Əvvəldən deyəcəyim isə budu ki, bir qadın səni axtarıb tapırsa, özünü sənə qurban verməyə hazır olduğunu nümayiş etdirirsə, bu, artıq sənin faciənin başlanğıcıdı - əgər vaxtında özünə "dur" deməsən! Yəni ki, ay dana, gör Alen Delonsan, ya Bill Qeytssən, yoxsa ki, Novruzəli... nədən matah olubsan?
Mənim vaxtıma və puluma rahat əl uzatmaq olar - istədiyin qədər özünə məccani işlədə, istədiyin qədər maddi ziyan vura bilərsən, pul və vaxtla ələ almaq mümkün deyil məni. Məni ancaq təəssüblə, diqqətlə, qayğıyla, xoş sözlə, sevgi notları varsa, onda ümumiyyətlə çox rahat "satın" almaq olar.
Saranın məni ələ keçirmək cəhdləri doqquz ay çəkmişdi. Azərbaycana ayaq açan facebook mənim guşəm deyildi. "Milli damarı" olanlar fb-yə üstünlük verirdilər, amma mən tez-tez Rusiyada olduğumdan "moy mir"də, "vkontakte"də və sair bu tipli şəbəkələrdə sülənirdim. Bu şəbəkələrin bir üstünlüyü vardı ki, təmas, münasibət rahat və təmənnasız olurdu. Həm də mental dəyərlərlə çığnanmadığın, komplekssiz ünvanlar idi: hə hə, yox yox. Day ərim bilər, qardaşım nə deyər, uşaqlarım var, nə bilim, kasıbçılıqdı, bala saxlayıram-filan bəhanələri yox idi. Üstəlik də, Lermontov, Dostoyevski boyda dahiləri əvvəldən, Pelevin kimi nəhəngləri sonradan olan Rusiyada yazıçı da, şair də "tripaçlıq" eləmirdi - rəssamı, şairi, tənqidçisi, həkimi, müəllimi intellektual polemika, dostluq və hətta intim münasibət üçün də çox əlçatar idi. Bizimkilər artıq başlamışdı "Biləcəridən o yana" söhbətinə. Nə jurnalistikasında, nə ədəbiyyatında elə də irəliləyiş olmayan bu məmləkətdən söz adina öyrəniləsi nəsə yox idi. "Moy mir"də öz dünyam var idi: Vladivostokdan ta Suoyarviyə qədər. Və... "moy mir"də Natalya adlı fb istifadəçisi məni təhdid altında saxlayırdı atdığı linklərlə: sən oxuduğun jurnalistika fakültəsində hansı müəllimin tələbəsiylə intim münasibətini bilmək istəyirsənsə fb-yə qoşul. Əslində mən bilirdim ki, jurnalistikada elə müəllim yoxdu. Biri vardı, o da cavanlıqda indiki şəhidlər xiyabanında, ondakı dağüstü parkda bir qızla sevişəndə yaxalanmışdı, o da indi o yaşda deyildi. Ancaq necə deyərlər, güllə adamdan keçər, şübhə keçməz. Məndən də keçmədi. Sentyabrın axırlarında nəhayət ki, internetə qoşulmaq imkanım yarandı Moskvada. Bu evlənəcəyim Fatmanisənin hesabına oldu. Qəribə də olsa, Fatmanisə Saranın müəllimi olmuş birisinin qardaşı qızıydı. Bu barədə sonra, indilik isə deyim ki, fb səhifəsini açandan az sonra Saranın həqiqi səhifəsindən dostluq gəldi. Qəbul etdim. O səhifədən realda tanıdığım üç-beş qələm əhlinə də mən dostluq göndərdim. Birdən Saradan dostluq gəldi. Familiyamız eyni - ölkədə nadir familiyalardan biri və üstəlik də cəmi beş-on ciddi imza var dostluğunda. Əlbəttə ki, heyrət, ey büt! Mən soyadım eyni olan yazarəni-şairəni niyə tanımadığıma pəjmürdə oldum! Həmən "sən kim olursan, qız?" yazıram. Cavab yox. Sara isə ad günündən bir gün sonraya qədər itir və təbrikimi cavablandırmaq üçün gəlir. Danışırıq. Bildirir ki, Sara mənəm. Keçirik konspirativliyə. Səbəb nəymiş? Bəs öz adımla-imzamla bir uğur olmadı, bu adla yazacam. Bəs niyə mənim familiyam? Sözsüz ki, qoltuğumu qarpızlandıran təriflər, epitetlər. Hərif olmadığımdan çox latayır danışıram. Qəribəsi budu ki, Saranın ürəyincədi bu latayırlıq. Təəccübün ilk dalğası gəlir - şairə-yazarə ən yava rus "matışka"sından da çox bilir bu latayırlığı. Artıq Natalyanın dedikləri, linkləri yadımdan çıxıb. Sara da anlayanda ki, mən artıq əldən gedirəm, həmən hərəkətə keçir: mən səni eşitmək itəyirəm.
- Niyə, a balam?
- Yox, eşitmək istəyirəm.
- Mən istəmirəm. Nəyimə lazımsan. Azərbaycanda mülki nikahda yaşadığım biri, burda biri, ətraf dolu ağcamaya, ağqulaq, sarısaçla, neynirəm vətənin nənəmnehrəsini?
- Yox, mən özələm, mən gözələm.
- Dərdini de, qız.
- Mən səsini eşitmək istəyirəm
- Bu sənə nə verəcək?
Xarakterimi bilən anam deyirdi ki, allah üzümüzə baxıb, qız doğulmamısan, əslində qadının ağzında əriyən qənddən də tez əriyənəm qadın üçün, indi nə oldusa, tərsliyim tutdu.
- Mənə Virus olmamağına əmin olmaq lazımdı.
- Virus kimdi?
- Sevdiyimdi, dərdindən öldüyümdü, o gizli adla fb-dədi. Onun kimliyini bilmək istəyirəm. Və tapacam.
- Sonra?
- Sonrası sənlik deyil...
- Mən sənin üçün detektivəm?
Sara parolunu atdı:
- Bütün yazışmalarım ordadı onunla və hamıyla. Bu da onunla ayrı səhifələrim.
Saranın Virusla elə bir şəbəkə yox idi ki, səhifəsi olmasın.
- Mən sənə şamtutanam, yoxsa, paçanın zibillərini silib-süpürəsi süpürgəçi? Ağlın çaşıb sənin?
- Sən mənim üçün jurnalistsən və son ümidsən. Mən bilmək istəyirəm ki, sən ya Virussan, ya da o deyilsən. O deyilsənsə, tap mənə. Bu, bir qadının istəyidi. Yazılarında yazdığın Aydın Canıyev ol: təəssübkeş diqqətli, qayğıkeş, vətənpərvər, namuslu görüntüsü yapma. O  birilərinin tayı olma.
- Sən hisslərimlə oynamaqla nəyə nail olmaq istəyirsən ki?
- Gizlətmirəm ki! Virusu tapmaq istəyirəm. Başqa heç nə...
- Açıl başımdan. Gecdi daha, Fatmanisə gələcək indi.
Saranı özüylə baş-başa buraxıb səhifələrdə, şəbəkələrdə eşələndim. Dünyam uçdu.
Azərbaycan ədəbiyyatının əynişalvarlı doqquz imzasının həm şalvarları əyinlərindən, həm də özləri mənim gözümdən düşürdü. Azərbaycanın başıçadralı kimi özünü aparan əyni onikitaxta tumanlı şair və yazıçılarından beşi birdən-birə mənim üçün küçə fahişəsi statusuna düşürdü. Bu doqquzunu Sara soyundururdu, o beşini Virus!
Sara Virusu tapmaq üçün jurnalistikada və ədəbiyyatda onun ola biləcəyini zənn etdiyi doqquz imza üçün istisnasız olaraq cinsiyyət üzvlərinin şəklini çəkib atmışdı. Onlardan eyni məzmunlu şəkilləri almışdı! Virtualda ağlagəlməz seks olayları yapmışdı. Təki ona Virusu tapsınlar. Azərbaycan ədəbiyyatında indi də daqqa-daqqa danışıb, dəmbə-dəmbə gəzib, fb-də ərləri, sevgililəri, qardaşları, oğulları, qızları, bacılarıyla poza verən, vətən, məhəbbət, sevgi, siyasət, ədəbiyyat, söz davası, savaşı yapan beş xanımın Sarayla Virus haqqında bölüşdüklərini gördüm. Ən nifrət etdiyim məqam isə oydu ki, şərti deyək, Şeh xanım Qurbanla Əri xanım Dədəsi Virusa aylarla yalvarandan sonra hərəsi ayrı-ayrılıqda görüş aldıqlarını yazmış, onlar da yazışmanı Saraya atmış və bəlli saatda xoşbəxt olacaqlarını vurğulamışdılar. Fəqət Virus həmin vaxtda çatda Sarayla çükküldəşərək onları "gijdulya" adlandırmışdı. O anlarda "Nizami" kinoteatrının qabağındakı çayxana da gözümdən düşdü. O çayxanada mənim gözəl xatirələrim qalmışdı. Həmişə zarafata deyirdim ki, vaxt gələcək burada xatirə lövhəsi olacaq ki, Azərbaycanın möhtərəm və möhtəşəm jurnalisti Aydın Canıyev Azərbaycanın ən gözəl xanımı olan sevgilisylə çay içmişdir. İndi orada yazmaq istəyirdim: "Azərbaycan ədəbiyyatının iki xanım "gijdulya"sı burada bir-birindən xəbərsiz Virusu gözləmişdir".
Mən bar qızlarının hər bir saatdan bir müştəri dəyişməsini başa düşmüşəm, amma Saranın səhər tezdən ayrılmağa məcbur olduğu sevgilisinin axşama göndərdiyi noutbukla (çünki ona görə həm dişləri, həm də noutbuku qırılmışdı) həmən də, yəni şəbəkəyə qoşulan kimi ayrı birisinə, özü də eyni hırraxanının nümayəndəsinə transferini başa düşə bilmirdim, inanmaq zorunda olmağım məni dəhşətə gətirirdi. Sağlam mühakiməylə mən Saraya nifrət edib uzaqlaşmalıydım, tüpürməliydim, dostlarımı artıq itirmişdim, qadınlar gözümdən düşürdü, nifrət bəsləyirdim məni tanımayan, mənimlə işi olmayan bu yaradıcı insanlara. Elə bil beynim deşilirdi ki, şairəlik belə olur? Bunlar yaza bilmək üçün mütləqmi kimisə sevməli, ərlərini aşağılamalı, ləyaqət, namusu unutmalıdılar? Hətta şəxsən tanıdığım, ürəklə, ərklə, əminliklə bacı dediyim şairə və yazıçılara qarşı gic-gic düşüncələrə qərq olurdum. Sarsıntıdan çabalayırdım, amma Sarayla üzülüşmürdüm də - özüm öz prinsiplərimin əleyhinə gedirdim. Bir daha əmin olurdum ki, ən ləyaqətli, ən mərd azərbaycanlı kişisinin də içində bir oğraş yatır: pisdisə, hamı üçündüsə, niyə mənə də olmasın, yaxşıdısa, qoy mənim də bir yaxşım olsun!
Hədəf Virus olsa da, Virusa qarşı kişilikdən irəli gələn qısqanclıq və paxıllıq hissi yox idi məndə. Çünki Saranın poçtunda bir qadının özünün onun dilindən görüş razılığını aldığını oxumuşdum. Və Virusun həm şəbəkələrdə, həm də Sara ilə çatda intellektini, savadını, istedadını müəyyənləşdirməyə kömək edən yazışmalara baxanda, Saranın yanlış istiqamətdə araşdırma apardığını anladım. Sara hamını oxumuşdu içi mən qarışıq, bunu sonra biləcəkdim. Amma Sara fərqinə varmamışdı ki, bu adam ədəbi impotentdi və ən pisi də odu ki, paxıl və qısqanc adamdı. Bu adamda sevgi ola bilməz! Bu adam qorxaqdı. Onun çoxlu oxumağından formalaşan adamla ət doğrayan qəssaba baxan it arasında heç bir fayda yoxdu - it ətə qarovul çəkir, Virus oxuduqlarına! Dəhşətə gəldim. Və detektivlik etməməyi qərara alsam da, sabah Sara ilə danışacağım söhbətin yönünü müəyyən etdim.
Adamlar - söz adamları, kişili-dişili birdən-birə gözümdən düşmüşdü topdan!
Fatmanisəylə başlayacağımız həyatın müzakirəsi yenə də sonraya qaldı. Sadəcə bir kəlmə deyib yatdı:
- Sən bura gələndən ancaq boynunun ardını görürəm.
- Anlamadım...
- Oturursan kompüterdə, mənə dalını çevirirsən...
- Narahat olma, ömür qabaqdadı, əlimdə pullu iş var, materialları oxuyum, gəzməyə, yeyib-içməyə pulumuz olsun.
- Səndən pul istəyən yoxdu, sənin bir qadının ömründə kişi olmağını istəyən var...
İşimi bitirəndə səhər saat dörd idi. Fatmanisəni oyadıb əvvəl kofe verdim. Sonra da şərab içməyimizi təklif etdim.
- Bu vaxtı?
- Həyatında kişi olmayıb deyə bilmirsən. Kişi olanda belə olur da, günün və yaxud gecənin istənilən vaxtı evə qonaq gəlir, buna görə ayağa durmalı, yemək bişirməli, hələ üstəlik də bunların yeyib-içməklərinə qoşulmalıdır qadın.  Dur, dur...
Fatmanisəylə bir şüşə gürcü şərabını içib "hər şey yaxşı olacaq" deyib yatdım.
- Sara, sən yanlış axtarış aparıbsan. Sən doqquz kişinin qabağında soyunmadan, onları eşitmədən də təxmin edə bilərdin. Azərbaycan ədəbiyyatında və jurnalistikasında bu adam yoxdu. Amma bu savadda, qiraətli, məntiqli üç adam var. Şahvələd Çobanoğlu, Əvəz Zeynallı, Zamin Hacı.
- Əvəz Zeynallının ədəbiyyata nə dəxli?
- Xəstə adamlarsınız da, sizin üçün şair hökmən şeirləri çap olunmuş, televiziyada çıxış etmiş adamlardı. Əvəzin gözəl şeirləri var. Amma Əvəz əxlaq adamıdı. Şahvələd də həmçinin. Heç biri də şöhrətpərəst və qadın qarşısında sınan, əriyən deyil. Zamin Hacı 90-cı illərdə beş-altı yaxşı şeir yazıb, ola bilər, o olsun, lağlağı stilinə görə güman etmək olar.. məzələnməyinə görə deyirəm, ancaq buna özüm də inanmıram, hökümətin nəzarətində olan adam o boyda risk eləməz. Eləsə də, səninlə eləməz.
- Zamin mənim mesajlarıma cavab verməsə də, bir dəfə özüm yığıb danışmışam, o deyil.
- Onda boş ver bu adamı, axtarmağa dəyməz. O sənin həyatında olduqca, sən heç nə yaza bilməyəcəksən. Yazsan belə, standart və trafaret tənqid kriteriləri ilə puça çıxaracaq səni. Sən pis yazsan da yazmalısan ki, yaxşı yazmağa köklənə biləsən. Bir də ki, qorxaq, cəsarətsiz adamdı. Ədəbi impotentdi. Qısır adamdı. Savadlanmaq, oxumaq ona adam olmaq əvəzinə vampirlik verib. Sadəcə, vampir o.
- Mümkün deyil. Tap onu mənə...
- Mənim üçün maraqsız adamdı. Heç nəyiylə tərpətmədi məni ki axtarım onu. Nə dost olub öyməyə, nə düşmən olub söyməyə. Adamdı da, soyundurur səni kimi "gijdulya"ları. Alen Delon olmasa da, Don Juandı.
- Mən onun şəklini görməmişəm. Amma dəlicəsinə sevirəm. Sənin nəyinə lazım? Yalın əllə narkotranziti açan adam deyilsən, tap da.
- Sənə kim dedi ki, mən yalın əllə narkotranziti açmışam.
- Oxumuşam sənin yazdıqlarını. Əvvəldən burda olsaydın, elə səninlə başlayardım, məntiqin, "oborotların"... amma gec tapdım. Eşitdim, inandım sən deyilsən. İstəyirəm ki, tapasan. Bir də ki o yazışmalarda görmədin sənə yazıb ki it hürər, karvan keçər, səni tərpətmədi? Görmədin dostunun arvadıyla necə məzə qılır? 
- Başa düşmədim. Yazibsa, cavabını yazacam. Hökməndi ki, tapım dalaşım. Adamdı da, demokratiyadı. İkincisi də ki, hansı dostumun?
- Həsənin deyək ki...
- Həsən hardan mənim dostum oldu ki? Mənim dostum yoxdu. Olanı da sənin paçanda-inboxunda öldü dünən.
- Ha-ha-ha. Şam tutdunmu mənə? Süpürgəçilik etdinmi? Həsən sənə ustad deyir, sən ona qardaşım. Al oxu, yəqin fikir verməyibsən...
- Hamıyla mırtlaşan, məzələnən adamı sən necə sevə bilirsən ki? Adam sənə heç məşuqəsi kimi də baxmır. Açıl da başından... qürur, ləyaqət deyilən şey yoxdu səndə?
- Sənlik deyil, qeyrət dağarcığı. Mənim yox, dostunun arvadının qeyrətini çək. Danışanda ağzına çullu dovşan sığmır, qələminin kölgəsi də qılınc kimi kəsir. Oxu, oxu...
Oxudum. Maraqlı o idi ki, ər-arvadı bir səhifədə Virus qurşağından keçirmişdi. Demokratiyanın bu qədərini artıq həzm edə bilmədim.
- Gələrəm. Üç günə taparam. Bir şərtlə. Sən romanı yazırsan. Öz adına olan səhifəni bağlayırsan. Roman çap olunandan sonra bütün münasibətlərə son.
- Roman hardan çıxdı?
- Virusla danışığındakı roman yazmaq yanğısına görə və dostumuzun sənə "get şeirini yaz, əgər onu da yaza bilsən" həqarətinə görə.
- Sən inanırsan mən roman yaza bilərəm?
- Hə. Sən qəhbəliyi bacarırsan, roman yazmağı da bacararsan. Roman üçün ideya tapmaq, onun süjetini qurmaq hansısa kişini tora salıb onun qabağında soyunmağa hazır olmaq ssenarisindən daha asandı. Bir də ki, sən o sözü sənə deyəndən yaxşı yazacaqsan. Həyatda kimliyindən asılı olmayaraq, sən düşüncədə, istedadda onlardan yüksəkdəsən.
- Doğru deyirsən?
- Hə, valla.
- Bəs mənə təhqiramiz ifadələrin, məni aşağılamaqların?
- Onları qadınlığına görə deyirəm, bunları yaza bildiklərinə görə. İkiüzlülük etmirəm, Quran haqqı. Sən başla yazmağa. Hər gün on min işarə. At inboxa, oxuyum. Redaktorun özüm olacam. Çap da edəcəm. Qapı-qapı düşüb satıb, çap pulunu da verəcəm. Sən sadəcə qayıt. Qəhbəlik səhifələrini bağla. Səni ruhdan salan hamıdan üzülüş və yaz. Necə gəlir yaz. Başını xarab ediblər, ay struktur belə, ay konstruksiya elə, ay nə bilim süjet, boş şeydi onlar. Yaz. Sonra redaktə edərəm.
- İnana bilmirəm...
- Niyə inanamayasan ki? "Proloq"da yazmışdım da. Şərhlərdə də yazmışam. Mən səni şair, yazıçı kimi onsuz da etiraf etmişəm də. İndi birdən-birə mənimlə virtual və real seks yapacağın üçün demirəm ki? Mən Moskvada, sən ayrı ölkənin əyalətində. Mənə qadın kimi lazım deyilsən. Yaz. Çap etmək üçün gələcəm və Virusu tapacam. Söz!
37 gün! Hər gün 9-10 min işarə.
Sara heç vaxt olmadığı kimi rəvan, səlis və gözəl yazırdı - hər şey öz-özünə alınırdı. Redaktəyə, hətta bircə sözü belə redaktəyə ehtiyac olmadı. Romanın bitməyinə bir neçə gün qalmış xəbərdar etdim ki, gəlirəm, qoy ayın doqquzu  toyum olsun, onu mən rayondayam.
Ayın doqquzunda toy gedə-gedə Saranı gözəl romanı münasibəti ilə təbrik etdim, ən gözəl mahnılara qulaq asdırdım.
Gecə saat dörddə toy bitdi. Fatmanisənin qardaşı məni aeroporta gətirdi. Bahar Zamanova yazmışkən, "mənə vətən olan qadını mənə yataq olan qadına dəyişdim".
Moskva. Şəhərin mərkəzi. Ev. Dmitrovda daça. "Reçnoy vağzal"da iki mağaza. Alınması planlaşdırılan maşın. Əynimdə bəylik kostyumu, barmağımda bəylik üzüyü, alt paltaracan Fatmanisənin aldığı hər şey. Qoyub... Gəncəyə uçdum. Ordan rayona, rayondan Bakıya. Virusu tapmağa!
Virusu tapmağa məni iki məqam vadar etdi.
Aşıq Mahmud vardı. Şamaxılı. Həmkarımız Anar Niftəliyevin atası. "İbrahim peşrosu"nun ən ustad ifaçısı. Mənə bu yönüylə yox, həyatındakı bir addımıyla əziz olan bir insan. Faciəli vəfatını Moskvada eşitdim. Pis oldum. Mən elə bilirdim Allah elə qeyrətli kişilərə yüz il ömür verər ki, ibrət olsun. Eh, Allah, Allah!
Deməli, aşıq Mahmud cavanlıqda bir dostunun məşuqəsinə sataşdığı üçün birini əməlli-başlı çırpmışdı və bunu etmişdi deyə mənim üçün dünyanın ən yaxşı nümunə kişilərindən biriydi.
İndi Virusun məzələnməyini görəndə təpəm atmışdı. O qadının ərini başa düşürdüm - arvadına inandığındanmı, onun əsiri olduğundanmı, hər nəsə, söz demirdi, bəlkə də deyə bilmirdi, qıraqdan mənə xoş olmadı. Heç olmadı. Virusa nələrisə üzbəüz deməliydim. Saraya görə də, dostuma görə də. Tüpürdüm Moskvaya da, hər şeyə də.
İkinci məqam isə,Virusun əksər üzvləri jurnalist olan ədəbi hırraxanada meydan sulamasıydı: burda məni qıcıqlandıran bir peşə namusu amili də vardı. Virus heç olmasa bu ölkədə bir jurnalistin olduğunu duymalıydı, yerini bilməliydi və lazım olanı eşitməliydi. Sara arxa plana keçmişdi: istənilən halda Sara və digər "gijdulya" dediklərinə görə Vrus haqlı olacaqdı! Kişi kişiylə qəhbə söhbəti eləməməliydi!
Bakıya çatanda Saranın inbox sevgililərindən, ədəbi hırraxananın da bir neçə təmsilçisindən Virusu soruşdum. "Boş ver, tapa bilməzsən, o görüşmür, üzə çıxmır". Beynim çöndü, ürəyimdə dedim ki, Virus elə düz edir sizi də, yalandan üzünə bacı dediklərinizi də, lap elə ailəlikcə soyndurur, üzə çıxmayana bax!   
Mən noyabrın 13-mü, 14-mü artıq Virusla üz-üzəydim.
Virusla danışığımı telefona yazdım. Sara qulaq asdı.
Və bu Virusla mənim aramda qalan söhbət oldu. Ta həbs olunanacan aradabir danışdım. Sonra itirdim nömrəni.
İş yerini, maşın nömrəsini, başqa telefon nömrələrini hamısını tapdım. Saranın ilk yalanını tutdum: o ürək xəstəsidi, tezliklə öləcək. Mən sadəcə onu istəyirəm. Hətta belə bir şey də yazmışdı ki, təki sən nəfəs al, nə bilim nə. Virus çox yaxşı ovqatda, haldaydı. Ürəyi-zadı da xəstə deyildi. Ayrı bir yalanı da üzə çıxdı Saranın. Mən yalanı həzm edə bilmirəm, amma artıq gec idi. Bilmirəm, Sara bəlkə də yalandan deyirdi ki, çatda bu "gijdulya"ları "ürəyim xəstədi, öləcəm" deyib yazıq imiciylə fəth edirdi, imanımı yandıra bilmərəm. İnanmağım da gəlmirdi, çünki özüm oxumuşdum onunla görüşmək istəklərini. Virus haqqında qənaətim dəyişmədi. Əksinə, Azərbaycan ədəbiyyatının, jurnalistikasının nə qədər düşük, düşkün bir səviyyədə olduğunu ortaya qoymağına görə pis oldum. Pis oldum ki, üzdə bu qədər nəhəng görünən imzaların yönləndirə bilmədiyini adam necə dolaya bilir. Sizin ananızı...
Dolaya bilmədiyi tək mənəmsə, doladıqları məni adam saymır! - qəhqəhələr!
Odur iyrənirəm fb-dən, saytlardan, ədəbiyyat və jurnalistika adına baş-ayaq atanlardan - onlar mənim üçün sadəcə Virusun fb qəhbələridi!
Hələ bunun üstünə hökümətyönlü trolları da gəlsən, tamam hər şey gözdən düşər.
Və roman çap olundu - ölkəboyu hər yerdə satdım. İlk növbədə isə Saranı çatda soyunduran "sevgililərinə"-inbox qəhrəmanlarına!
Amma və lakin... Sara artıq mənimlə tam əks tonda danışırdı.
Hikkəli.
İddialı.
Qürurlu!
"Roman yazmışam" təkəbbürünü sərgiləyəndə... dözdüm və üzünə vurmadım. Ki... yazdıqların durur!
Desəydim nəsə, gərək deyəydim ki, nəinki roman, hətta şeir yazmaq iqtidarında olmadığını sənə qəhbə qaxıncı edənin əlindən, fb-dən qulu olduğunu bəyan etdiyinin əsarətindən, xatirinə özünün də, həyətindəki it-pişiyin, inəyin, dananın da cinsiyyət üzvlərinin şəklini çəkib atdığın, qabaqlarında lüt soyunduqlarının qucağından səni aldım ki... həyata qayıdasan, yazıçılığına qayıdasan.
- Sənin missiyan bitdi!
- Sən özünə sadiq qadınsan - özünə, yəni qəhbəliyinə. Sən heç vaxt fərqinə varmayacaqsan ki, bu gün səni yatağa çəkənlər sabah həmin pulu qızlarına verib onları məhv edəcəklər. Sən qızlarına pis nümunəsən. Qayıt! Axı sənin kəndində yeddi bacının yeddiysiylə yatmış adamın sənin kitabını görəndə dediklərini sənə çatdırmışam. Bu qədərmi çətindi, ana olmaq? Sən atanın qızı ola bilmədin, sən qardaşına-bacına bacı ola bilmədin, sən ərinə xanım ola bilmədin, heç olmasa, qızlarına, oğluna ana ol! Qoy onlara sənin qəhbə olmağını yox, yazıçı-şair olmağını desinlər! Sən şeirini çap edənlə yatdın, kitabını alanla yatdın, haqqında yazanla yatdın, işə götürəninlə yatdın, sənə hədiyyə edənlə yatdın, bəs eləmir sənə, Yekaterina?
- Heç kimə heç kim heç nə deyən deyil!
- Qayıt! Mən deyəcəm.
- Kimə?
- Qardaşına!
- Qardaşım hər ayın axırı məndən kreditlərini ödəməyə pul istəyir, onu heç maraqlandırmır ki, mən işləməyə-işləməyə o pulu hardan alıb verirəm, necə ki dədəmin borclarını verəndə Rusiyada gizləndi, fərqinə varmadı tələbə qızı dollarları hardan gətirdi verdi.
- Ərinə deyəcəm!
- O elə məni qəhbəlik üstə gətirib bura atıb!
Həə, yadıma düşdü. Arada sosial şəbəkədə üzvü olduğu ədəbi hırraxanadakı rəfiqəsinin sevgilisi (mən kişilərdə bu namərdliyi görmüşdüm, amma qadının, yüz kişidən də artıq kişi görən qadının ən əziz rəfqiəsinin sevgilisiylə curlaşmasını görməmişdim) telefon hədiyyə edibmiş. Ki... virtual seksi-yazışmanı canlıya keçirsinlər. Sonrası da allah kərimdi. "Kərim" də eləməyib tənbəllik, bunun balaca qızının başını aldadıb ki, ata gələndə deynən ananın telefonu var. Düzdü, ata özünü yetirincə telefon düşüb həyətdəki tualetin anbarına. Əvəzində tökülən dişlər və bir də yeni il gecəsi hədiyyə olaraq ata evinə qaytarılmış qız qalıb.  
- Qızına deyəcəm!
- Onlar onsuz da biləcəklər, geci-tezi var. Ataları elə öz yanlarında yüz dəfə deyib bu uşaqlar məndən deyil!
- Qaldığın xarabanı dağıdacam! Qayıt!
- Tutacaqlar!
- Tutsalar da cəhənnəmə, bəlkə onda qayıtdın...
- Dəyərmi? Sevirsənmi məni?
- Mənə qayıt demirəm, həyata qayıt, normal qadın ol! Səni belə görmək istəmirəm! Şair, şairə olub da ləyaqətli, namuslu olmaq olar, axı siz kişili-dişili niyə bu günə qoyursunuz özünüzü? Niyə anlamaq istəmirsən ki, mən dostlarımı, tanıdıqlarımı, lap belə pafoslu çıxsın, Azərbaycan ədəbiyyatının, jurnalistikasının nümayəndələrini dik, şax görmək istəyirəm, qəhbə, oğraş yox...
- Sən niyə başa düşmürsən ki, sənin missiyan bitib. Niyə başa düşmürsən ki, fahişəni qorumazlar. Axı mən sənin dostlarınla, sinif yoldaşınla, tanımadığın adamlarla, kimlə gəldi yatmışam. Sən məndən - səninlə ofisdə, qəzet redaksiyasında, qatarda, oteldə yatan, iki qızını, bir oğlunu qoyub sənə qoşulan adamdan nə əxlaq, nə sədaqət gözləyirsən? Səndən iyirmi il qabaq fahişəni qadın etmək istəyən, onu doğa bilməyəcəyi halda belə analıq xoşbəxtliyinə qovuşdurub ona üç uşaq bəxş edən kişidən artığınımı edəcəksən? Mən sənin xətrinə dəymək istəmirəm, evin tək oğluydu mənə yiyə duran kişi. Dostları mənə gözünün ucuyla baxmırdı! Hamısı da pullu,  varlı, imkanlı... Amma sənin yoluq dostların sənin məşuqələrini arvadlarından çox istəyir, arvadlarını boşayıb, sənin əlindən keçmiş birinə ev tutub şəhərin mərkəzində, evləniblər. Sən fərqində deyilsən ki, rayona gələndə dostların səndən niyə qaçır? Onlar bilirlər ki, sən bir baxışla onların riyakarlığını tutacaqsan, həqiqəti öyrənəcəksən, budur sənin dostların, məşuqəni seçən dostlarını üstün tuturlar, sənsə mənim qeyrətimi çəkirsən, mənə hayfın gəlir. 
- Dayan görüm... bu sözü mənə Elçin Səlcuq yazmışdı 2001-də, bax gör dostların səni dost sayırmı? Sən nəinki dostlarımı, ədəbiyyatdakı kişiləri də, qadınları da gözümdən salmısan, ifritə...
- "Da, ya vedma..."
- Dayan görüm, sevgilim deyəndə kimi nəzərdə tutursan ki?
- Eleonora...
Eleonora ilə - teleməkanın bu sevimli obrazı ilə 2003-2006-ci illərdə münasibət olmuşdu və bunu çox az adam bilirdi.
- Sənə kim dedi ki, hardan bilirsən ki? Özü də indi 2011-ci ildi e. Yanımda deyilsə, yadımda deyil, mən heç boşadığımı axtarmıram...
- Televiziyadakların hamısı bilir. O dostların ki qalır. Mən özüm kimi istəyərəm seçərəm, mənim həyatımda olmuş birisinin dostu üçün deyiləm. Sənin mənə necə baxmağından asılı olmayaraq, mənim də iyrəndiyim şeylər var. Mənim üçün kişilənmə... açıl başımdan! Missiyan bitdi. Mən yeni ruhla yeni yazılar yazmaq istəyirəm, bunun üçün ayrı adamlar var...
Fb səhifələri bağlandı...
Telefonlar söndürüldü!
Ev telefonu çıxarıldı!
Sara qeyb oldu.
... 14 fevral ilk qeyd edəcəyimiz sevgililər günü olacaqdı. Sarayla. Amma Fatmanisə zəng elədi:
- İtkin bəy, bəlkə gələsən?
- Sən hələ də gözləyirsən?
- Başqa variantım var?
- Pulum yoxdu. Göndər, bilet alım gəlim.
- Sabah get "vestern yunion"dan götür. Amma kişi kimi, bilet al gəl. Yeniilqabağı kimi, pulu xərcləyib eləmə.
- Söz!
Moskva təyyarəsinə minəndə Saradan zəng gəldi:
- Sabah sevgililər günüdü, görüşək.
- Mən təyyarədəyəm. Missiyam bitdi!
- Ola bilməz! Mən səni sevirəm!
- Təşəkkür edirəm!
- Qayıt!
- Mən təyyarədəyəm!
Təyyarənin mühərrikini dinləməyi tövsiyə edirəm ki, inansın.
- Yalan deyirsən, tozsorandı.
- Onda dinlə...
Bir neçə dəqiqədən sonra təyyarə havadaydı. Mən əhatə dairəsindən kənar idim. Jurnalistikanın, ədəbiyyatın mövcud olmadığı yerə gedirdim.
***
Saradan mesaj vardı:
- Sən doğrudan da yaxşı həyata layiqsən. Məni anla və sənə dediklərimdən incimə. Başa düş ki, səni özümdən uzaqlaşdırmaq üçün dedim. Sən ruh adamısan, bizlik deyilsən, hər söz səni yaralayır, səni sözlə gülləyə göndərmək olar. Bir prinsipə əməl et və yadda saxla: heç vaxt qəhbənin "sən kişisən", "sən ömrümün son kişisisən", "səndən sonra üstümdə heç bir kişinin adı olmayacaq", "səninlə xoşbəxtəm", bu tipli əzizləmələrinə, oxşamalarına, dəyərləndirmələrinə uyma, ərimə, sıyılma! Kişiyə dəyəri kişilər verər! Sən fərqindəsənmi nə qədər gözdən düşdün, nüfuzunu itirdin mənim üçün etdiyin fədakarlıqlara görə? Sən məni aşağılamış adamları, içidostların qarışıq, söyəndə üzünə deməyə cəsarət etməsələr də, mənə yazırdılar ki, bu dəlini üstümüzə niyə salıbsan, elə bil uşağın əlinə qumbara veribsən! Mən o fədakarlığa layiq deyiləm! Mənə cəngavər lazım deyi, mənə mənim istədiyim lazımdı. Yadda saxla, bir qadının səni sevməsini istəməsindən öncə o qadının nəyi sevdiyini öyrən!
***
Fatmanisə məni heç nə olmamış kimi qarşılamışdı. Vicdanım məni narahat edirdi. Sarayla yaşanmış olaylar sanki üstümdə ləkəydi, Fatmanisə mənə baxdıqca, o ləkələrin bədənimdə hərəkət edib mənə ağrı verdiyini hiss edirdim.
- Düzünü de, Sara ilə aşk yaşadınmı?
- Yox. Sadəcə deyirdi ki, mən keçirdiyim sarsıntılardan xəstəliyə tutulmuşam, boğazımdan qan gəlir, deyəsən, o zəhrimardandı, mən də dostlardan xahiş elədim kitabını çap elədilər. Əminlə də görüşdük bir yerdə, o da bilir ki, o, istedadlı qızdı...
- Əmim ayrı şey də dedi...
- Əmin o ayrı şeyi də düz deyir.
- Yadında saxla, kişilər qadınlar büruzə verməsə, onların xəyanətini tuta bilmir, hiss etmir, amma qadınlar həmən bilir..
- Nədən?
- Kişinin bədəni iyini dəyişir, qadının öyrəşdiyi iy öz ətrini itirir. Nəylə yuyunursan yuyun, xeyri yoxdu!
- Mən gəldim ki, səninlə sağollaşım. Sən istədin sevgililər günü bir yerdə olaq! Mən səni bundan artıq incitmək istəmirəm.
- Qal amma..
- Yox!
***

Sara yazmaqdaydı.
Saranı unutmaq olmurdu.
Səhifəsini açmışdı. Blokdan çıxarmışdı. Amma bu dəfə Sara səhifəsində özünü boşayıb, öz səhifəsində ərdə olduğunu əlavə etmişdi.
- Xeyir ola?
- Kimdi üç uşaqla ərsiz qadına yaxın duran?
- Sən müştəri ovuna çıxıbsan? Azərbaycanda elə rayon, kənd qalmayıb sevgilin olmasın, indi də elə bir küçə saxlayacaqsanmı, o küçədən biriylə virtual seks yapmayasan? Jurnalistikadakılardan, ədəbiyyatdakılardan qurtardın, qaldı o birilər?
- Sən də keç ədəbiyyata, jurnalistikadakılarla bəsdi. Siftə eləmisən...
Qəhqəhəsinə bircə cümlə deyə bildim:
- İyrənc adamsan...
Yenə hər şey qapandı.
Sara məni provokasiyaya çəkə bildi.
Nəzarətdən çıxdım!
Qardaşına dedim!
Uşaqlarının atasına dedim!
Polislə birtəhər yoluna qoyuldu.
Sara artıq həyatımla oynayırdı.
Evlərini dağıtdım.
Başqa cür mümkün deyildi: elə adamlar var ki, onlarla ayrılmağın yolu ya ölümdü, ya həbs. Sara mənim üçün hər iki variantı açıq saxladı - mən həbsə getdim.
Amma həmin ərəfələrdə mollalardan da yazırdım.
Sara və tərəfdarları məhkəmədə həqiqətlərin üzünə durmadılar! On iki sutka ilə ötüşdük!
Mollalar və adamları həqiqətin əvəzinə yalanla üzə durdular! Dörd il üçün hökm oxundu!
Mənim son sözüm bu oldu hakimə:
- Mənim qəhbəm mənim mollamdan daha çox allaha yaxın oldu. Mən doğru yazmışdım, o mollanın allahdan xəbəri yoxdu!
***
Sara mənə çox şey öyrətdi. Bir qismini yazdım!
Əlavə edəcəyim həm də bunlardı.:
Saranın yazdıqlarını paylaşanda, rəy və yazılar yazanda görməzlikdən gəlib susanlar, yaxud da "o nə yazır ki" deyənlər, Saranın diliylə desək, ədəbiyyatdakı, jurrnalistikadakı və həyatdakı dostlarım, mən tutulandan sonra Saranı həm jurnalist, həm şair, həm də yazıçı kimi "gördülər"!
Mənim ... Saram ... sevimli olmuşdu - sevinirdim. Amma bircə şeyə pis olurdum - hamı onu yatağından keçirib sonra oxumaq, etiraf etmək istəyirdi!
Sonra... Sara saytda kolumnist də oldu! Halbuki o saytda romanının çap olunması haqqında iki cümləlik xəbəri verməmişdilər. Başa düşmək olardı - dostlardan kiminləsə saytda heç olmasa virtal seks yapır. Ən azından...
Sonra... Sara roman müəllifi kimi təbliğ də olundu! "Halbuki o nə yazır ki?" deyirdilər. İndi dəstəylə "hurrey" deyirdilər. Bir az tərəddüd edirdim: "neujeli" Sara indi də "qruppovoy seks"ə keçib?
Sara jurnallarda, qəzetlərdə çap olundu, AYB üzvü oldu.    
Sonra... Sara telekanallar üçün ssenarist kimi yeni mərhələni yaşadı!
Mən belə başa düşdüm ki, day dostlarımdan iyrənmir Sara!
Sağ olsunlar, dostlarım!
Başqa yolu yox idi zatən də - tanınmaq, işləmək, üç uşağı saxlamaq var.
Ədəbiyyat  və jurnalistika həyat deyil - onun fiksasiyasıdır!
***
Sara... heç vaxt birmənalı şəkildə əzizləmədiyim, heç vaxt söyəndə axıracan söyüşlərimin üstündə durmadığım qadın! Mənə həyatı anladan qadın amma!
Sara... Azərbaycan ədəbiyyatının ən səmimi qəhbəsi! Azərbaycan jurnalistikasının və ədəbiyyatının özünəməxsus çalarını bariz şəkildə ifadə edən imza! Bir daha anlamaq üçün ki, "ədəbiyyatın mafiya babaları" (ifadə Pərviz Cəbrayılın mənə müsahibəsindəndi - A.C.) meydanı kimlərə tanıyır, boylansınlar Saranın inboxuna.
Bundan artıq heç nə demirəm!
***
Artıq Virus mənim yazışmalarına şahid olduqlarıma görə "ədəbi hırraxana" adlandırdığım şəbəkələrdə yoxdu!
Gör ədəbiyyat və jurnalistika nə gündədi ki, dolamağa da imza qalmayıb! Daha dəqiqi, ədəbiyyatı və jurnalistikanı dolayan bir Virus da küsdü...
Artıq Sara da Virus üçün ölmür!
İndi Sara üçün ölürlər!
İndi Sara öldürür - hər kəsin, hamının öldürdüyü o Sara!
Sevinirəm.
Nəinki bir kişinin, hətta yüzlərlə kişinin həyata qaytara bilmədiyi qadını Qadın təkcə özü istədiyi halda hər yerə zaman ucaldır!
Buraxın, dəyməyin, siz allah deyilsiniz, kişilər, siz heç yazıçı, şair, jurnalist, dost da deyilsiniz.
Siz ya özünüzü, mənliyinizi qoruyanlardansınız, fahişəni sevməyənlərdənsiniz, ya da özünüzü, mənliyinizi qoruya biməyən, fahişəni sevən və istifadə müddəti gec və ya tez bitən missionerlərsiniz!
Ağır ititham oldu, amma həqiqət bu!

***
Vaxt!
Pul!
Qadın!
Bu üçünə sahib olmağı, bu üçünə yiyəlik etməyi bacarmaq lazımdı!
Azərbaycan ədəbiyyatı, jurnalistikası olmaz, rusu, ingilisi, fransızı, almanı oxuyarsan. 
Azərbaycan jurnalistikası və ədəbiyyatı dalğasını dəyişib - oxunmasına son qoymağı bacardılar. Yəqin ki, hələ bir otuz-otuz beş il də oxunası nəsə yazılmayacaq.
Harda - kənddə-kəsəkdə, dağda-qayada, düzdə-dərədə, fərq etməz, bir işıqlı cümlə, bir isti misra, bir ilıq söz görsəniz-oxusanız qızının, sığının ona.
Amma Sara demişkən, "o sözü, misranı, cümləni kişi demiş olsun!", - deyərdim, demirəm, fikir verməyin, bizim bəxtimizə sözü eşitdiklərimizdən dinləmək düşüb!

Aydın Caniyev
 6 noyabr 2010
Miq.Az



 

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az