Sarkisyan da istintaqa çəkilir – Keçmiş prezident dindiriləcək

Sarkisyan da istintaqa çəkilir – Keçmiş prezident dindiriləcək

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan 2008-ci il etirazları ilə əlaqədar açılmış cinayət işi üzrə dindiriləcək. Həmin etirazlarda 10 nəfər həlak olmuşdu.

Məlumatı Ermənistanın Xüsusi İstintaq Xidməti yayıb. İyulun sonunda ölkənin ikinci prezidenti Robert Köçəryan barəsində iki aylıq həbs qətimkan tədbiri seçilib. O, konstitusion quruluşu devirmək cəhdində ittiham olunub. Kocharian sonradan azadlığa buraxılıb, keçmiş dövlət başçısının toxunulmazlıq hüququ əsas gətirilib.

Köçəryan özünə qarşı ittihamları siyasi motivli sayır.

Keçmiş prezidentə cinayət işi 2008-ci ildə prezident seçkisindən sonrakı etirazların zorla dağıdılmasına görə açılıb. O zaman seçkini uduzmuş Levon Ter-Petrosyan-ın tərəfdarları səslərin yenidən sayılmasını tələb edirdilər. Köçəryan fövqəladə vəziyyət elan edəndən sonra etirazlar da dayandı.

Etirazların təşkilatçılarından biri indiki baş nazir Nikol Paşinyan idi. O, 2010-cu ildə qarışıqlıqların təşkili ittihamıyla 7 illik həbsə məhkum edildi, bir il sonra amnistiya ilə azadlığa çıxdı./Azadlıq.org/

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az