Sarkisyandan XƏBƏRDARLIQ- “İtkilər olmasın deyə...”

Sarkisyandan XƏBƏRDARLIQ- “İtkilər olmasın deyə...”

Sarkisyan Paşinyanı DİALOQA ÇAĞIRDI və təhdid etdi: "İtkilər olmasın deyə...”

Ermənistanın baş naziri Serj Sarkisyan onun istefasını tələb edən etirazçıların lideri Nikol Paşinyanı dialoqa çağırıb.

Miq.Az xəbər verir ki, bu barədə Sarkisyanın mətbuat xidməti məlumat yayıb.

Sarkisyan müraciətində deyib: "İrəvanda bir sıra mitinq və yürüşlər keçirilir. Təəssüf ki, bu aksiyalar qanuni çərçivəni aşır, anarxizm yaradır. Bu hadisələr gözlənilməz nəticələr verə, ictimai asayişi təhlükə altına ata bilər. Mən daxili proseslərdən dərin narahatlıq keçirirəm. İtkilər olmasın deyə parlamentin deputatı Nikol Paşinyanı siyasi dialoqa getməyə və danışıqlar masasında əyləşməyə çağırıram. Bunu təcili etmək lazımdır”./Publika.az/

Miq.Az xəbər verir ki, etirazçıların bu gün də İrəvandakı küçələrə bağlamağa cəhd edəcəkləri bildirilib. Aksiyaların lideri Nikol Paşinyan mitinqə İrəvanın 7-ci mikrorayonundan başlayacaq.

İrəvanda mitinqin ilk dəqiqələrindən etibarən polislə etirazçılar arasında gərginlik yaranıb. Polis yolu bağlamağa çalışan etirazçıları ərazidən uzaqlaşdırıb.

İrəvan polisinin rəis müavini Valeri Osipyan aksiyanın lideri Nikol Paşinyana yaxınlaşaraq, etiraz aksiyasının qanunsuz olduğunu açıqlayıb. O, Paşinyana insanların konstitusion hüquqlarını pozduğunu bildirib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az