Sarkisyanın iştirak etdiyi toyda Azərbaycan mahnısı səsləndi - VİDEO

Sarkisyanın iştirak etdiyi toyda Azərbaycan mahnısı səsləndi - VİDEO
Ötən gün Moskvanın "Safir” sarayında erməni milyarder, "Taşir” şirkətlər qrupunun sahibi Samvel Karapetyanın oğlunun toy mərasimi olub.

Oxu.Az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, tədbirdə Ermənistan prezidenti Serj Sarkisyan, baş nazir Karen Karapetyan və digər rəsmilər, eləcə də, Rusiya şou-biznesinin nümayəndələri - Alla Puqaçova, Filipp Kirkorov, Vera Brejneva, Nikolay Baskov, Sergey Şnurov, Kseniya Sobçak, Andrey Malaxov, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov və xanımı Tatyana Navka, italyan müğənni Eros Ramazotti də iştirak edib.
Bəy-gəlin Azərbaycanın xalq mahnısı olan "Tello”nun sədaları altında saraya daxil olub.
Qeyd edək ki, bu, ermənilərin Azərbaycan mədəniyyəti ilə bağlı ilk oğurluq hadisəsi deyil.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az