Sarukyan Paşinyana meydan oxudu: məşhur oliqarx polisin çağırış vərəqini cırıb atdı

Sarukyan Paşinyana meydan oxudu: məşhur oliqarx polisin çağırış vərəqini cırıb atdı
"Çiçəklənən Ermənistan” partiyasının lideri Qagik Sarukyanın istintaqı baş tutmayıb.

O, Ermənistanın İstintaq Komitəsinə gəlməyib. Sarukyan iyunun 12-də istintaq qurumuna gəlmək bildirişi alıb, amma göstərilən vaxtda idarəyə baş çəkməyib. Polisin məlumatına görə ÇEP lideri rəsmi bildirşi cıraraq atıb.

Respublikanın deputatı və böyük iş adamını "Vətəndaş müqaviləsi” partiyasından şəhər merliyinə namizəd Qriqor Qulyanın seçkiqabağı qərargahlarından birinə başçılıq etmiş Abovyan sakini Vaan Saribekyanın avtomobilinə od vurmaq üzrə işə görə istintaqa çağırıblar. Bəzi yerli KİV-lərin məlumatına görə, hadisənin arxasında ÇEP təmsilçiləri var.

Sarukyanın özü bunu "quraşdırma iş” adlandırıb.(Strateq.az)
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az