Səfirlik Polad Bülbüloğlunun "Müslüm Maqomayev" qadağasına aydınlıq gətirdi

Səfirlik Polad Bülbüloğlunun
Polad Bülbüloğlunun Müslüm Maqomayevlə bağlı tədbirlərdə səfirlik əməkdaşlarının iştirakına qadağa qoyması ilə bağlı xəbərlər yayılıb. Azərbaycanın Rusiyadakı səfirliyi yayılan xəbərlərə münasibət bildirib. 

Miq.az-ın məlumatına əsasən, səfirliyin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə bildirilib ki, bu xəbərlər yalan və böhtandır.
"Son dərəcə təəccüblüdür ki, bu kimi əsassız xəbərlər Azərbaycan Respublikasının YUNESKO-nun Baş direktoru vəzifəsinə irəli sürdüyü namizədinə qarşı Qərb mediasında ölkəmizə qarşı edilən hücumlarla eyni zamanda yayılır. Bu, onu deməyə əsas verir ki, ölkəmizə qarşı xarici qüvvələrlə yanaşı, bəzi daxili qüvvələr də hücum etməkdədir.
Bundan əlavə, vurğulayırıq ki, bir aydan artıqdır, Moskvada olmayan Polad Bülbüloğlu namizədliyi ilə əlaqədar mütəmadi olaraq xarici ölkələrə səfər edir, müvafiq görüşlər keçirir.
Polad Bülbüloğlunun Müslüm Maqomayevlə olan münasibətləri isə şəxsi xarakter daşıdığından bu məsələnin KİV-də işıqlandırılması ən azından qeyri-etikdir", - deyə məlumatda qeyd olunur.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az