Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edildi

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edildi
Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova vəzifəsindən azad edilib.

Miq.az  Trend-ə istinadən xəbər verir ki, o, səhhəti ilə əlaqədar olaraq, öz xahişi ilə vəzifəsindən azad edilib.
Səhiyyə Nazirliyindən Trend-ə məlumatı təsdiqləyiblər.

Nazirlikdən qeyd edilib ki, hazırda onun vəzifəsini mətbuat xidmətinin məsləhətçisi Səfayə Əhmədova icra edir.
Qeyd edək ki, L.Bayramova SN-nin mətbuat xidmətinin rəhbəri vəzifəsinə 2015-ci ilin mayında təyin edilmişdi.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az