Şəki məhkəməsi: Yenə ŞOK qərar

Şəki məhkəməsi: Yenə ŞOK qərar

Diqqətli oxucuların yəqin ki, yaxşı yadındadır. Bu günlərdə az qala, bütün saytlar Şəki şəhər – rayon polis şöbəsinin keçirdiyi uğurlu əməliyyatdan yazırdı. Telekanallar bu olayı bir gündə bir neçə dəfə işıqlandırmşdı.

Soruşa bilərsiniz. Söhbət hansı əməliyyatdan gedir. Yazaq siz də xatırlayın. Şəkidə Tərlan Vahabov adlı narkobaron tutulub. Axtarış zamanı onun evindən külli miqdarda tiryək, heroin, 100-dən çox travmal, 1 kiloqramdan çox marixuana tapılıb. Polis işçiləri bu malları satmaq üçün evdə olan tərəzini də götürüblər.

Hər şey gün kimi aydındır. Sübut da var, etiraf da.

Şəki məhkəməsindən demək olar ki, hər gün yazılır. Amma nə faydası. Görünür cəzasızlıq şəraitində yaşadıqlarını yaxşı bildikləri üçün istədikləri qərarı qəbul edirlər. Bu da deyilənin təsdiqi. Tərlan Vahabov məhkəmə zalından buraxılır, ona 4 ay ev dustaqlığı verilir. Özü də bilə-bilə ki, bu işə Şəki Ağır Cinayətlər məhkəməsində baxılacaq.

Maraqlı məsələdir ki, Şəki məhkəməsi bu işə gecə saatlarında baxıb. Bəlkə düşünüb ki, "gecə qara, cücə qara” heç kəsin xəbəri olmayacaq.

Görünür, səhərin açılacağını heç ağıllarına da gətirməyiblər.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az