SƏKKİZGUŞƏLİ ULDUZ-Səkkiz dövlətlə qonşu olardıq, əgər...

SƏKKİZGUŞƏLİ ULDUZ-Səkkiz dövlətlə qonşu olardıq, əgər...

SƏKKİZGUŞƏLİ ULDUZ-əgər biz tarixən itirdiyimiz torpaqlarımızı itirməsəydik-səkkiz dövlətlə qonşu olardıq

BAYRAQ!.. Çox sözlər demək olar -istər şablon şəkildə, istərsə də sətiraltı.Və yaxud da hər kəsin bir baxış pəncərəsi var bu sözün dünyaya açılmasına. Hər birimiz bayrağın yaranma tarixini, rənglərin simvolik anlamını çox gözəl bilirik - bilməliyik də. Düşündüm və bu rənglərin anlamına fərqli spektrdən yanaşmaq istədim-bir gəncin içində böyütdüyü bayraq sevgisinin təcəssümü kimi həm də...

Rənglərin göy, qırmızı və yaşıl olması təsadüfi seçilməyib. Hər bir rəng dəfələrlə ölçülüb, biçilib. Bəlkə də o dövrün gizli intibahları bu rənglərin əslində hansı fikirləri ifadə olunmasına mane olmuşdur deyə, içimdə tərəddüdlər olub həmişə. Bəlkə də əslində belədir və mən yalnız görmək istədiyim faktorları özüm üçün formalaşdırmaq istəmişəm. Bəlkə də...Bu baxımdan o fikirlərimi sizlərlə paylaşmaq istədim. Düşünməyin ki, bu fikirlər bayraq rənglərimizin anlamına qarşı çıxmaqdır-ƏSLA! Bu, sadəcə Azərbaycan Demokratik Respublikasının gənc bir vətəndaşı kimi görmək istədiyim ucalığı dilə gətirməkdir. O baxımdan rəngləri belə simvolizə edərdim:
GÖY RƏNG -göy üzü mavidir ya—məhz ona bənzəyir. Ənginlikləri sonsuz, yaxınlaşmaq istədikcə uzaqlaşan, əlçatmazlıq demək.
QIRMIZI RƏNG-qan rəngidir, üzərində milyonlarla şəhidlərin qanını daşıyır. Qan bədəndə dayanmır, hər zaman dövr edir və bizləri yaşadan orqanizmin maye mühitidir. Necə ki, bu qan bədənimizdə dolaşır, o qədər də biz yaşayacağıq!
YAŞIL RƏNG-yarpaq rəngidir-həmişəyaşıl yarpaq həm də. Heç zaman solmayan, xəzana düçar olub -torpağa düşərək çürüməyən yarpaq həm də...Ta ki, sapı özündən olan baltalar gövdəsini vurmayanədək! Həm də nəfəsimizi genişləndirən, son nəfəsədək ehtiyacımız olan havanı bizlərə verən RƏNG!

AY-hər günəşin batışı bir qaranlığı gətirəndə bizləri işıqlı yollara aparan parıltı.Heç zaman sönməyən həm də...
SƏKKİZGUŞƏLİ ULDUZ-əgər biz tarixi torpaqlarımızı itirməsəydik, səkkiz dövlətlə qonşu olardıq.Və əgər səkkiz rəqəmini yazarsaq—sonsuzluq olduğunu görmüş olarıq. Bu isə bir dövlətin sonsuz ömür sürəcəyi deməkdir!

Bəli, bütün bunlar bir gənc ürəyin əslində görmək istədiyi gizli həqiqətlərdir. Bayraq əslində 6 hərfdən ibarət olan söz deyildir, bu 6 hərfin altında yatan bir dünyadır...
Bbaşıucalıq
A—and yeri
Y—yurd yeri
R—rəqabət
A—ar, namus
QQÜRUR,MƏNLİK, QEYRƏT deməkdir!

QÜRURUMUZUN HƏR ZAMAN ZİRVƏLƏRDƏ OLMASI DİLƏYİ İLƏ: BAYRAQ GÜNÜMÜZ MÜBARƏK, AZƏRBAYCAN!!!

Məryəm Əliyeva 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az