Səlim Müslümov işsizliyin səbəbini açıqladı

Səlim Müslümov işsizliyin səbəbini açıqladı

"Azərbaycanda əmək qabiliyyətli əhalinin 32 faizinin ixtisası var”.
"Report” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov "Azərbaycanda işçi qüvvəsinin inkişaf etdirilməsi məqsədi ilə peşə standartlarından, istifadə olunması” adlı tədbirdə deyib.

O bildirib ki, işsiz və işaxtaran şəxslərin peşə ixtisas təhsilinin və əmək vəzifələrinin müasir əmək bazarının tələblərinə cavab verməməsi hazırda mövcud olan işsizlik probleminin əsas səbəblərindən biridir: "Mövcud olan bir çox peşələrin məzmununun köhnəlməsi də işsizliyə səbəb olur. Peşə standartı işçinin işə qəbul və karyera yüksəlişi planlaşdırılmasında, işəgötürənlərin tələblərinə cavab verməkdə, kadr potensialının formalaşdırılmasında, həmçinin işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təmin olunmasında əsas alət rolunu oynayır”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az