Səlim Müslümov “qara xəbəri” yolda alıb!-“TƏYİN OLUNACAĞINA QƏTİ ŞÜBHƏSİ YOX İDİ…”

Səlim Müslümov “qara xəbəri” yolda alıb!-“TƏYİN OLUNACAĞINA QƏTİ ŞÜBHƏSİ YOX İDİ…”

Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov istefaya göndərildiyi barədə xəbəri doğulduğu Ağsu rayonuna gedərkən – yolda alıb. Bu barədə "AzPolitika.info”ya nazirə yaxın mənbə bildirib.

Xəbər nazir üçün son dərəcə gözlənilməz, hətta sarsıdıcı olub. "Nazirin yenidən təyin olunacağına zərrə qədər şübhəsi yox idi. Çox rahat idi. Bu səbəbdən istefaya göndərilməsi xəbəri onu sarsıtdı” – mənbə bildirib.

Mənbə həmçinin əlavə edib ki, "çox mötəbər” adamların təskinliyindən sonra S.Müslümov bir qədər sakitləşib.

Xatırladaq ki, Prezident İlham Əliyev hökumətin yenidən formalaşdırılması zamanı gözlənilmədən Səlim Müslümovu istefaya göndərib, onun yerinə 38 yaşlı bir gənci – Sahil Babayevi təyin etmişdi.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az