Şəmkirdə bir ailənin 5 üzvü qəzada həlak oldu

Şəmkirdə bir ailənin 5 üzvü qəzada həlak oldu

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Report-un məlumatına görə, hadisə yerinə təcili tibbi yardım və DYP əməkdaşları cəlb olunub.

İlkin məlumata görə, qəza zamanı iki nəfər ölüb, bir neçə nəfər yaralanıb.

***

Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub.

Məlumata görə, qəza Şəmkir - Gədəbəy avtomobil yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mitsubishi Pajero" ilə "VAZ-2104” markalı minik avtomobillərinin toqquşması nəticəsində beş nəfər ölüb.

Hazırda onların şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən beş nəfərin şəxsiyyəti məlum olub.

Daxili İşlər Nazirliyin Gəncə Regional Mətbuat xidmətindən verilən məlumatına görə, qəzada Şəmkir rayon sakinləri bir yaşlı Əliyeva Həyat Rəşad qızı, 1994-cü il təvəllüdlü Orucova Nübar Dilqəm qızı, 1974-cü il təvəllüdlü Orucov Vüqar Bayram oğlu, 1970-ci ilə təvəllüdlü Orucov Dilqəm Bayram oğlu və 1971-ci il təvvəlüdlü Orucova Rəsmiyyə Nürəddin qızı dünyasını dəyişib.

Dünyasını dəyişənlər bir ailənin üzvləri və qohumlardır.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az