Şəmkirin sabiq icra başçısı həbsxanada namaza başlayıb

Şəmkirin sabiq icra başçısı həbsxanada namaza başlayıb
DTX-nın təcridxanasında monitorinq

Hüquq müdafiəçiləri Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında monitorinq keçirib.
Bu barədə Lent.az-a İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov məlumat verib.
O qeyd edib ki, komitənin hüquq şöbəsinin rəhbəri Rövşən Məmmədovla birgə DTX-nın istintaq təcridxanasında saxlanılan şəxslərlə görüşüb: "Görüşdüyümüz şəxslərdən biri də, həbsdə olan Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədov idi. Alimpaşa Məmmədov saxlanma şəraitindən heç bir narazılıq ifadə etmədi. O, namaza başlayıb, şeir yazır və asudə vaxtlarında iqtisadi layihələr üzərində işləyir”



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az