Separatçı rejim istədi, Rusiya yerinə yetirdi - Xankəndində son durum

Separatçı rejim istədi, Rusiya yerinə yetirdi - Xankəndində son durum

Rusiya Fövqəladə Hallar Nazirliyi Dağlıq Qarabağa daha bir humanitar yardım partiyası çatdıracaq.

Miq.Az xəbər verir ki, Qarabağdakı separatçılara yardım aparan yük maşınları bu gün İrəvanın yaxınlığında yerləşən Rusiya-Ermənistan Humanitar Yardım Mərkəzindən yola düşüb.

Məlumatda qeyd edilib ki, Xankəndindəki separatçı rejimin tələbinə uyğun olaraq Qarabağdakı yaşayış binalarının və sosial obyektlərin bərpası üçün lazım olan tikinti materiallarının siyahısı hazırlanıb.

50 tonluq yükə dam örtük, taxta və digər avadanlıqların daxil olduğu iddia edilib. 6 yük maşını fevralın 24-də Xankəndinə çatacaq.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az