Sərkisyandan Sərkisyana mesaj: "Sənin cinayətlərinə şərik olmayacam"

Sərkisyandan Sərkisyana mesaj:

Ermənistanda iqtidar-müxalifət qovğasında ən çətin duruma düşənlərdən biri də Prezident Armen Sərkisyandır.

Miq.Az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, normal durumda Armen Sərkisyan Serj Sərkisyandan asılı olmalı idi:

"Armen Sərkisyanı indiki baş nazir Serj Sərkisyan Londondan dartıb gətirib və Ermənistan parlamentində prezident seçdirib. Ancaq indi Ermənistanda durum fərqlidir və onu vəzifəyə gətirənin müxalifət üzərində qələbə çalıb-çalmayacağı bilinmir. Ən pis halda Serj Sərkisyan birinci dəfəki prezident seçkisində olduğu kimi, polisə "atəş açın” əmri versə və 10 il əvvəlki kimi onlarla insan qətlə yetirilsə, bu, indiki prezident Armen Sərkisyanı çətin dilemma qarşısında qoyacaq. Bu qətliama göz yummaq Serj Sərkisyanın cinayətinə şərik olmaq demək mənasına gələcək”.

Politoloqun sözlərinə görə, Armen Sərkisyanın son iki addımı onun tərəddüd keçirdiyi görüntüsünü yaradır:

 Elxan Şahinoğlu
"Çünki Armen Sərkisyan Serj Sərkisyandan əvvəl radikal müxalifətin lideri Paşinyanla görüşdü. Özü də Serj Sərkisyandan fərqli olaraq, Paşinyanla oteldə deyil, meydanda baş tutdu. Digər tərəfdən, Armen Sərkisyan bugünkü açıqlamasında tərəfləri dialoqa və qarşıdurmadan çəkinməyə çağırdı. Bu, müxalifətdən çox, hakimiyyətə çağırışdır. A.Sərkisyan bununla Serj Sərkisyanın polisə "atəş açın” əmrini verməsini istəmədiyinə işarə etdi. Armen Sərkisyan Serj Sərkisyana yarı gizli mesaj göndərir ki, sənin cinayətlərinə şərik olmayacam”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az