Sərkisyanın partiyası Paşinyanı ələ saldı: “Bizə o maraqlıdır ki…”

Sərkisyanın partiyası Paşinyanı ələ saldı: “Bizə o maraqlıdır ki…”
Respublika Partiyasının ritorikası köhnəlmişdi, indi iş görmək vaxtıdır.

Teleqraf.com erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Respublika Partiyası sədrinin müavini, deputat Armen Aşotyan deyib.
Aşotyan yeni baş nazir Nikol Paşinyanın hansı addım atacağının onlar üçün maraqlı olduğunu bildirib:
"Paşinyanın hökuməti hansı formada quracağını və təqdim edəcəyi proqramı səbrsizliklə gözləyirik. Onun necə hərəkət edəcəyi də maraqlıdır. Vəd vermək başqa, verdiyi vədləri yerinə yetirmək başqa... Arzumuz bir hökumətə sahib olmaqdır, hökumətin olması olmamasından daha yaxşıdır. Nə baş verəcəksə görəcəyik”.
Qeyd edək ki, bir neçə gün əvvəl istefa vermiş keçmiş baş nazir Serj Sərkisyan Respublika Partiyasının rəhbər şəxslərindən biridir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az