Sərkisyanla Paşinyan görüşdü: Hakimiyyət xalqa keçib...

Sərkisyanla Paşinyan görüşdü: Hakimiyyət xalqa keçib...

Mənim çoxsaylı danışıqlar çağırışıma reaksiya verdiyiniz üçün çox şadam, ancaq bir çox jurnalistin iştirakı ilə nə barədə danışa biləcəyimizi bir o qədər də yaxşı təsəvvürümə gətirə bilmirəm.

Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Serj Sərkisyan "Marriot” otelində keçirilən Nikol Paşinyanla görüşün əvvəlində deyib.

Cavabında Paşinyan bu məsələdə bir növ yanlış anlaşılma olduğunu qeyd edib.

"Mən cənab prezident Armen Sərkisyanla görüşdə qəti şəkildə göstərdim ki, söhbət sizin təklif etdiyiniz dialoqdan yox, bizim təklif etdiyimiz çağırışdan gedir. Mən sizin istefanızı və hakimiyyəti təhvil verməyinizi müzakirə etməyə gəlmişəm. Buna görə də sizi dialoq sözünü işlətməməyə çağırıram.

Sərkisyan Paşinyana bunun dialoq və ya danışıqlar deyil, sadəcə ultimatum, dövlət və qanuni hakimiyyətə şantaj olduğunu bildirib.

"Siz məsuliyyət dərəcəsini dərk etmirsiniz, 1 mart (2008) hadisələrindən dərs çıxarmamısınız. Əgər siz bu tonla danışmağa davam etsəniz, mənə ancaq sizə qanuni hüquq və məntiq çərçivələrinə dönməyinizlə əlaqədar məsləhət vermək qalacaq. Əks halda bütün məsiliyyət sizin üzərinizdə qalacaq, seçin”, - Sərkisyan deyib.

"Bizimlə təhdid dilində danışmağa heç kim cürət etməz. Siz ölkədəki vəziyyəti təsəvvür edə bilmirsiniz və o 10-15 gün əvvəlki kimi deyil. Vəziyyət dəyişilib. Ermənistanda hakimiyyət xalqın əlinə keçib”, - Paşinyan bildirib.

Bundan sonra Sərkisyan 7-8 faiz səs toplamış fraksiyanın xalqın adından danışa bilməyəcəyini və danışıqları davam etdirmək istəmədiyini bildirib.

"Qanuni hökumətin tələblərini qəbul etmirsinizsə, o zaman sizə hələlik”, - Sərkisyan deyib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az