Sevdiyi qızla dalaşan tələbə özünü 4-cü mərtəbədən atdı - Bakıda intihar

Sevdiyi qızla dalaşan tələbə özünü 4-cü mərtəbədən atdı - Bakıda intihar
Bakıda tələbə intihar edib.

APA-nın məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, Azadlıq prospekti ev 108, mənzil 15 ünvanında qeydə alınıb.

Həmin ünvanda kirayədə yaşayan, İran İslam Respublikasının vətəndaşı, 1993-cü il təvəllüdlü Nəzəri Əmir Cəlil oğlu sərxoş vəziyyətdə özünü binanın 4-cü mərtəbəsindən atıb.

O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Məlumata görə, Nəzəri Əmir Azərbaycan Tibb Universitetinin tələbəsidir. O, intihar etməzdən əvvəl sevdiyi qızla dalaşıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az