Sevgilisi ilə görüşmək üçün başqa rayona gedən arvadını izlədi və... - Azərbaycanda İNANILMAZ HADİSƏ

Sevgilisi ilə görüşmək üçün başqa rayona gedən arvadını izlədi və... - Azərbaycanda İNANILMAZ HADİSƏ

İki gün əvvəl Qusarda baş vermiş güllələnmə hadisəsi ilə bağlı maraqlı faktlar üzə çıxıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, Qusara getmiş Sabirabad rayon sakini Zahid Əsgərov (ad şərtidir) qısqanclıq zəminində güllələnib. Belə ki, Z.Əsgərov bir müddət əvvəl internetdə qadınla tanış olub. Quba rayonunda yaşayan qadınla Sabirabad sakininin arasında isti münasibətlər yaranıb və onlar görüşmək barədə razılaşıblar. Ailəli olan qadın internetdə tanış olduğu şəxsə Qusarda görüşməyi təklif edib. Bundan sonra Z.Əsgərov Sabirabaddan Qusara yola düşüb, qadın da Qubadan Qusara gəlib. Onlar görüşən kimi qadının əri Əhməd Qadimov (ad şərtidir) yaxınlaşaraq arvadının sevgilisinə atəş açıb.

Məlum olub ki, qadının əri həyat yoldaşının başqa kişi ilə yazışdığını əvvəlcə bilib və onları tələyə salıb. Ə.Qədimov tutulub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az