Sinoptiklər növbəti iki gün üçün hava proqnozunu açıqladı

Sinoptiklər növbəti iki gün üçün hava proqnozunu açıqladı
"Növbəti günlərdə ölkə ərazisində müşahidə olunacaq hava şəraitində dəyişiklik gözlənilmir”.

Miq.az xəbər verir ki, bunu Report-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.
O bildirib ki, növbəti iki gün ərzində hava şəraiti, əsasən, yağmursuz keçəcək: "Cənub-şərq küləklərinin üstünlüyü müşahidə olunacaq. Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında 28-32, Mərkəzi aran rayonlarında 33, dağlarda 20-25 dərəcə isti olacağı gözlənilir”.
 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az