Skripallar niyə ölmədi? - Zəhərin yaradıcısı açıqladı

Skripallar niyə ölmədi? - Zəhərin yaradıcısı açıqladı

Böyük Britaniyanın Solsberi şəhərində Rusiyada işlənib hazırlanan "Noviçok” adlı kimyəvi silah tətbiq olunmaqla zəhərlənən keçmiş QRU polkovniki Sergey Skripalın və qızı Yuliyanın ölümdən dönməsi bu zəhərin daha bir xüsusiyyətini ortaya çıxarıb.

Virtualaz.org-un xəbəribə görə, vaxtilə "Noviçok”u işləyib hazırlayanlardan biri, tanınmış sovet kimyaçı alimi Vil Mirzəcanov Kommersant FM radiosuna müsahibəsində deyib ki, casusu və qızını ölümdən dumanlı hava xilas edib.

Belə ki, onların zəhərləndiyi gün Solsberidə hava dumanlı və çiskinli olub. Zəhər isə suya həssasdır - su ilə təmasda olanda öz xüsusiyyətlərini qismən itirir. Alimin bildirdiyinə görə zəhəri Skripalların baş çəkdikləri restoranın giriş qapısının dəstəyinə sürtüblər və hava çiskinli olduğundan maddə su ilə təmasda olub.

"Nəticədə onlar doza alıblar, amma bu doza ölümcül olmayıb, çünki hesablanmış konsentrasiya su ilə təmasa görə aşağı düşüb” - ABŞ-da mühacirətdə olan kimyaçı deyib.

Mirzəcanov deyib ki, təmiz zəhər ancaq xüsusi laboratoriyada, yüksək ixtisaslı mütəxəssislərlə əldə edilə bilər. Diletant "Noviçok” kimi mürəkkəb zəhəri hazırlaya bilməz.

Xatırladaq ki, Yuliya Skripal xəstəxanadan buraxılıb və hərbi bazanın ərazisində qorunur. Atası isə komadan ayılıb, vəziyyətinin yaxşılaşdığı bildirilir.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az