SOCAR vəzifəli şəxslərin yol xərcinə 2,4 milyon manat xərcləyir - ARAŞDIRMA

SOCAR vəzifəli şəxslərin yol xərcinə 2,4 milyon manat xərcləyir - ARAŞDIRMA

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı SOCAR Azneft İB-nin Neft Daşları NQÇİ-də iş növbəsini dəyişmək, yaxud istehsalat zərurəti ilə əlaqədar istifadəsi üçün əlavə çağrılan helikopter reysi ilə bağlı araşdırma aparıb. Məlum olub ki, SOCAR həddindən artıq izafi xərclərə yol verir.


Cebhe.info hüquq müdafiəçisinin araşdırmasını təqdim edir:

"SOCAR Azneft İB-nin Neft Daşları NQÇİ-də işləyən təxminən 104 nəfər yüksək vəsifəli şəxslərin( idarə rəisləri, müavinlər, baş mühəndis, mədən müdirləri, şöbə rəisləri və s.) iş növbəsini dəyişmək, yaxud istehsalat zərurəti ilə əlaqədar istifadə üçün əlavə çağrılan helikopter ay ərzində Pirallahı-Neft Daşları-Pirallah istiqaməti ilə minimum 20-25 reys edir. Bəzən 2-3 nəfər üçün də istifadə olunur. Hər reysin saatı isə ən azı 8000 (səkkiz min ) manata başa gəlir. Ay ərzində bu təxminən 240 000 (iki yüz qırx min) manat, il ərzində isə 2 400 00 (2 milyon dörd yüz min) manat edir. Bu qədər izafi xərcin əvəzində SOCAR Azneft İB üçün iki normal gəmi ala bilməz ki, hamı dəniz nəqliyyatından istifadə etsin? Bildiyim qədər, BP helikopterdən istifadə etmir. Xərclər minimum məbləğdə göstərilib”.

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az