ŞOK QƏRAR: Bir ayağını itirmiş 19 yaşlı qaziyə III qrup əlillik verildi - FOTOLAR

ŞOK QƏRAR: Bir ayağını itirmiş 19 yaşlı qaziyə III qrup əlillik verildi - FOTOLAR

Neftçala rayonundan həqiqi hərbi xidmətə çağrılmış Vətən müharibəsi iştirakçısı, Fuzuli rayonun işğaldan azad olunması uğrunda gedən döyüşlər zamanı minaya düşərək bir ayağını itirmiş 19 yaşlı qazi Həsənov Murad Teyyub oğluna III qrup əlillik statusu verilib. Halbuki adamn bir ayağı yoxdur. 

Miq.Az xəbər verir ki, Azerbaycanrealligi.com saytına Atası Həsənov Teyyub bildirir ki, bu gün onun oğlu Muradın telefonuna mesaj gəlib, ona 3-cü qrup əlillik statusunun təyin olunduğu bildirilib:

"Oğlum bu xəbəri eşitdi, çox pis oldu. Hirsindən əli ayağı əsir, ölkə başçısına, adiyyatı qurumlara səslənirəm: Bizə yardımçı olun...". 

Bir ayağını itirmiş qaziyə IIIqrup əlillil dərəcəsini verilməsi əsl rəzalətdir və bu addımı atanlar qanun qarşısında cavab verməli, qaziyə qarşı edilən bu haqsızlıq aradan götürülməlidir. 


Miq.Az







İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az