Son vurulan erməni kəşfiyat PUA-sı: "Bu dəfə düşmən bir istiqaməti bizə aşkarladı"

Son vurulan erməni kəşfiyat PUA-sı:

Hərbi pilotsuz uçan aparatların(PUA), döyüş dronların inkişafında və döyüş sırasında sabit yer almasında insan itkilərinin azaldılması məqsədi həlledici rol oynayır. Bununla bərabər,  kəşfiyyat, hədəfləri təsbitetmə və havadan dəqiq zərbə imkanları, "qiymət-effektivlik” nisbəti və b. üstünlüklərinə görə PUA müasir döyüşün və anti-terror əməliyatların əsas iştirakçısına çevrilir. Kustar üsulla döyüş vəziyətinə gətirilən mülki dronları terrorçular da istifadə edirlər.

Dronların növləri, imkanları və texniki göstəriciləri haqqında açıq mənbələrdə kifayət qədər məlumat var. Ancaq qiymətləri açıqlanmır. Ayrı-ayrı məlumatlardan aydın  olur ki, müxtəlif orduların silahlanmasında olan taktiki dronların qiyməti, növündən asılı olaraq, 200 min dollardan, operativ-taktiki PUA-da bir neçə milyona qədərdir(idarəetmə kompleksi ilə birlikdə).
 
Məlum olduğu kimi, hazırda tək uçan aparatlar deyil, distans idarə olunan insansız tanklar, mühəndis texnikası, gəmilər və s. yaradılır. 

Hər yeni silaha və hərbi texnikaya qarşı paralel olaraq, əks-vasitə yaradıldığı kimi, PUA-a da qarşı əks-vasitələr yaradılır. Bu vasitələrlə onlar döyüşdə vurula bilər, qəzaya uğradıla bilər və s. Gələcəkdə dronların geniş istifadəsinə mütənasib olaraq, onların döyüş itkiləri də, təbii ki, artacaq.

Son vurulan erməni kəşfiyat PUA-ı (çox ehtimal ki, taktiki X-55 olub) relyefin xüsusiyətlərindən (dərələrdən) istifadə edərək, Tovuzu keçib, Şəmkir rayonun ərazisinə soxulanda, bizim HHM tərəfindən aşkar olunaraq, məhv edilib.  

Bu onu göstərir ki, 
1. Düşmən, daha dərinlikdə hava kəşfiyatı aparmağa cəhd edir. Ya bu istiqamət onun üçün xüsusi maraq kəsb edir, ya diqqəti başqa-təxribat hazırladığı- istiqamətdən yayındırır. 
2. HHM vasitələrimiz düşmən obyektini təsbit edib, məhv ediblər.  
3. Necə, tank-təhlükəli istiqamətlər müəyyən edilir və tədbirlər görülür, elə də PUA-təhlükəli hava yolları müəyyən edilməli və qarşısı alınmalıdır. Bu dəfə düşmən bir istiqaməti bizə aşkarladı. Qalan istiqamətlər müəyyən olunmalıdır. O zaman düşmən Şəmkir qədər dərinliyə gələ bilməz.

Nazim Bayramov
Hərbi icmalçı



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az