“Space”də ERMƏNİ MUSİQİSİ səsləndirilib? - Azərbaycanlı aktyordan ŞOK İDDİA

“Space”də ERMƏNİ MUSİQİSİ səsləndirilib? - Azərbaycanlı aktyordan ŞOK İDDİA
Tanınmış aktyor Elnur Kərimov feysbuk hesabında Space TV-ni biabır edib.

Publika.az xəbər verir ki, o, efirdə erməni musiqisinin səsləndirildiyini iddia edərək bunları yazıb:
"Vallah, baxmırdım. Sadəcə eşitdiyim musiqi məni dondurdu. Qevorkyanın "Artsax” kompozisiyası - "Sevimli mahnı” verilişinin ilk musiqisi erməni bəstəkarınındır. Sizə bu musiqinin Azərbaycanındır deyənin lap…

Kanalların səhv etmək hüququ yoxdur. Sapce TV Azərbaycan kinosu ilə məntiqsiz mübarizə aparmaqdansa, kanalına vaxt ayırsın. Yazardım, özü də nə yazardım. Çox heyf ki, hörmət etdiyim bir insanın o kanalda adı var”.
Qeyd edək ki, "Artsax” adlı kompozisiyanın əslində Fikrət Əmirovun "Qarabağ inciləri” musiqisi olduğu iddia edilsə də, bəstəkarın oğlu, cazmen Cəmil Əmirov bu iddiaları yalanlayıb. O bildirib ki, atasının belə bir əsəri olmayıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az