Sumqayıtda dəhşət - İntihar edən abituriyentin anası özünü öldürdü

Sumqayıtda dəhşət - İntihar edən abituriyentin anası özünü öldürdü

Sumqayıt şəhərində orta yaşlı qadın intihar edib.
Miq.Az "Report”a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən 14 mərtəbəli yaşayış binasında baş verib. 

1980-cı il təvəllüdlü Xuraman Əzizağa qızı Rüstəmova 14 mərtəbəli binanın damına çıxaraq özünü yerə atıb. Qadın hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, X. Rüstəmova bu ilin may ayının 15-də özünü həmin 14 mərtəbəli binanın damından ataraq intihar edən, 2001-ci il təvəllüdlü Faiq Fuad oğlu Rüstəmovun anasıdır.

Sumqayıt şəhər 32 saylı tam orta məktəbin 11-ci sinif şagirdi olan F.Rüstəmov 2-ci ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında aşağı bal topladığı üçün özünü binanın damından ataraq intihar etmişdi.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az