Suriya ordusu İsrail qırıcısını vurdu-Pilotu da öldürülüb

Suriya ordusu İsrail qırıcısını vurdu-Pilotu da öldürülüb

Suriya ordusunun havadan müdafiə bölməsi ötən gecə İsrail ordusuna məxsus F-16 qırıcı təyyarəsini vurub.

İRNA-nın məlumatına görə, bu gün səhər Suriya Kütləvi İnformasiya Vasitələri İzrail qırıcısının Cövlan yüksəkliklərində vurulduğunu bildirərək əlavə ediblər: Bu qırıcının pilotu da öldürülüb. 

İsrail mediası ötən gecənin son satlarında Suriyanın şimalında Cövlan yüksəkliklərinə doğru Suriyanın beş ədəd raket atdığını iddia edərək bildiriblər ki, bu hücuma reaksiyada Suriya ərazisində hücumlar olunub. 

Rusiya televiziyası da bildirib ki, İsrailə məxsus qırıcı təyyarə Suriyada hədəfləri bombaladıqdan sonra Suriyanın havadan müdafiə bölməsi tərəfindən vurulub. 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az