Şuşanı ələ keçirməyimizə Azərbaycan KÖMƏK ETDİ - Sarkisyandan ŞOK SÖZLƏR

Şuşanı ələ keçirməyimizə Azərbaycan KÖMƏK ETDİ - Sarkisyandan ŞOK SÖZLƏR

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan Şuşanın işğalı ilə bağlı şok etiraf edib.

Miq.Az xəbər verir ki, Sarkisyan Azərbaycandakı qeyri-sabit daxili vəziyyətdən istifadə edərək, Şuşanı ələ keçirdiklərini açıqlayıb.

"Hər kəsə məlum idi ki, Şuşanı ələ keçirsək, qələbə təmin ediləcəkdi, bunu bacarmasaydıq, o zaman, məğlub olacaqdıq. Buna görə də Şuşaya hücum əməliyyatı üzərində uzun müddət müzakirə apardıq. Əməliyyatı iki dəfə təxirə saldıq. Sonra Şuşaya hücum dörd istiqamətdə həyata keçirildi. Bundan üç ay öncə Azərbaycan böyük hücuma kemişdi və ən güclü erməni batalyonunu məhv etmişdi. Şuşanı ələ keçirməyimizə Azərbaycandakı qeyri-sabit daxili vəziyyət kömək etdi”, - deyə o bildirib.

Sarkisyan qeyd edib ki, hücumda Dağlıq Qarabağın o zamankı "rəhbərliyinin” hamısı iştirak edirdi: "Koçaryan Laçın istiqamətindən, Bako Saakyan isə Xankəndində yaradılmış bölüklə hücuma keçdi. Ümumi məsuliyyəti mən daşıyırdım və Koçaryanla Vazfen sarkisyana hesabat verirdim. Şuşanın ələ keçirilməsi çox şeyi müəyyənləşdirdi”./Publika.az/

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az