"Tabut dalınca gedib ailə qurmuşam"- Flora Kərimova illər sonra sirləri açdı


Xalq artisti Flora Kərimova ailə həyatından danışıb.

Miq.Az xəbər verir ki, Milli.az-a açıqlama verən sənətkar ailənin qadın üçün vacibliyini vurğulayıb.

"Elə-belə ailə həyatı qurmamışam, mənə görə mübarizə aparıblar. Məni ailə qurmağa məcbur ediblər. Yanılmamışam da. Onlar mənə həyat yoldaşları yox, yol yoldaşları olub. Düşündüyüm, arzuladığım insanların həyat yoldaşı olmuşam. Harınlıqdan yox, tabut dalınca gedib ailə qurmuşam. Qadın ailəsi olmayanda yiyəsiz olur. Nə qədər qüdrətli olursan ol, sənin arxanda həyat yoldaşın yoxdursa, qadın dəyərini itirir. Çünki cəmiyyət ona basqı edir. Mən həyat yoldaşı kimi xoşbəxt olmuşam, amma qadın olaraq bunu deyə bilmərəm", - xalq artisti bildirib.

Qeyd edək ki, Flora Kərimova iki dəfə nikahda olub. Onun ikinci evliliyindən Zümrüd adlı qızı dünyaya gəlib.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az