Talış kəndinə 42 erməni ailəsi qaytarıldı- Düşmən yeni savaşdan ehtiyatlanmır?..

Talış kəndinə 42 erməni ailəsi qaytarıldı- Düşmən yeni savaşdan ehtiyatlanmır?..

Bu günlərdə 3 il öncə Aprel savaşının ən qaynar nöqtələrindən biri olmuş Tərtər rayonunun işğal altındakı Talış kəndinə  onlarla erməni ailəsi köçürülüb. 

Moderator.az xəbər verir ki,  bu haqda Rusiya mediası informasiya yayıb. Xəbərdə deyilir ki,  erməni icma rəhbərliyinin noyabrın 8-ə verdiyi məlumata  görə,  hazırda  kənddə 42  ailə yaşayır. Bundan qabaq həmin ailələr müvəqqəti Alaşan kəndində məskunlaşıblar. Bu ilin avqustunda  Talışda cəmi 4 ailə və 20 ailə başçısı yaşayıb.

Guya 2016-cı ilin aprelinədək Talışda  125 ailə və ya 600-dək erməni yaşayıb.  Aprel savaşından sonra erməni diasporunun dəstəyi ilə kənddə dağılmış binaların bərpası başlayıb. Ermənilərin kəndə geri qaytarılması 2018-ci ilin sentyabrına nəzərdə tutulsa da, bu baş tutmayıb.

P.S. Görünür, ermənilər xaricdəki ağalarından siqnal alıblar ki, Azərbaycan savaş-filan edən deyil. Odur ki, arxayıncasına təmas xəttindəki kəndləri təkrar məskunlaşdırırlar...

Sultan Laçın 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az