Tanınmış erməni vəkil: Minlərlə oğlanın cəsədi yoxdur - FOTOFAKT

Tanınmış erməni vəkil: Minlərlə oğlanın cəsədi yoxdur - FOTOFAKT

"Öldürülən minlərlə oğlanın cəsədi yoxdur”.

Miq.Az xəbər verir ki, bunu Ermənistanın tanınmış ictimai xatimlərindən biri, vəkil Yervand Varosyan "Facebook” səhifəsində yazıb.

Tanınmış erməni vəkil qeyd edib ki, erməni kəndlərinin sakinləri Azərbaycan Ordusu ilə təkbaşına danışıqlar aparır: "Köçməzdən əvvəl nəyi geri götürəcəklərini müzakirə edirlər. 

Minlərlə ölü oğlanın cəsədi yoxdur. Ermənistanın yarısı mühacirətə gedir. Bu müddət ərzində iqtidar sahibləri nə edir? Qaqik Tsarukyan deputat mandatından məhrum edilir, müxaliflərin mənzillərində qanunsuz axtarış aparılır. Bu, ölkəni iki ildə məhv edilməsinin mənzərəsidir”. 
 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az