Tanınmış göz həkimi jurnalistdən Mətbuat Şurasına ŞİKAYƏT ETDİ – FOTO

Tanınmış göz həkimi jurnalistdən Mətbuat Şurasına ŞİKAYƏT ETDİ  – FOTO
Tədris Cərrahiyyə Klinikasının göz həkimi jurnalistdən Mətbuat Şurasına ŞİKAYƏT ETDİ
 
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Oftalmologiya şöbəsinin müdiri Qurban İsmayılov Miq.az-a  verdiyi açıqlamada jurnalistdən narazılıq edib.  O qeyd edib ki, bununla bağlı artıq Mətbuat Şurasına da şikayət edib.


Qurban İsmayılov saytımıza açıqlamasında narazılığını belə ifadə edib:


"2013-cü ildən Azərbaycan Tibb Universitetinin  Tədris Cərrahiyyə klinikasında Oftalmologiya şöbəsində fəaliyyət göstərirəm. O güdən bu günə kimi oftolmologiyada tətbiq olunan ən yeni  müayinə, müalicə, cərrahi üsullardan istifadə edirik. Bu illər ərzində təqribən on minlərlə xəstə ambulator müayinədən keçib, beş-altı minə qədər xəstə üzərində əməliyyat aparmışıq. Əməliyyat apardığımız xəstələrin heç birinin gözündə kataratka ilə bağlı bir dəyişiklik, yəni fəsad olmayıb. Son günlərdə Ramil Nəcəfli adlı bir jurnalist mənə "Whatsapp” vasitəsilə müraciət edib ki, guya mənim əməliyyat etdiyim Bağırov və ya Bayramov Xasay adlı pasiyentdə kataratka əməliyyatından sonra fəsadlar yaranıb. Tibb Universitetinin Tədris Cərrahiyyə Klinakısında bütün xəstələrin qeydiyyatı kompüter sistemi üzrə həyata keçirilir. Avtomatik olaraq kompüterə baxdım və jurnalistə bu adlı pasiyentimizin olmadığını bildirdim. Jurnalist əvvəlcə Bayramov Xasay desə də, sonradan soyadı "Bağırov” olaraq qeyd etdi. Bizim belə bir xəstəmizin olmadığını deməyimə baxmayaraq, o, mənim haqqımda xəstənin adından videosujet hazırlayıb. Həmin videonun altına şərhlər yazılıb. Və başqa biri də qeyd edib ki, guya, klinikamıza 5000 manat köçürməsinə baxmayaraq, xəstə əməliyyat edilməyib. Bu, həkim nüfuzuna mənfi təsir edən amildir.
Mən bu hadisə ilə əlaqədar rəsmi olaraq Mətbuat Şurasına da müraciət etmişəm. Eyni zamanda, Daxili İşlər Nazirliyinə də müraciət edəcəyəm ki, bu haqda tədbirlər görülsün. Oftalmologiyada göz əməliyyatından sonra xəstənin görmə itiliyi olmaya bilər. Bu o demək deyil ki, həkim xəstənin gözünü kor edib. Katarakta əməliyyatı zamanı gözün arxasını müayinə etmək mümkün olmur. Əməliyyat zamanı bulanmış büllur götürülür, əməliyyatdan sonra göz tam müayinə olunur. Göz dibində baş verən dəyişikliklər xəstənin görməsinin olmamasına şərait yaradır. Buna da yalnız məhkəmə tibbi ekspertizası qərar verə bilər. Jurnalistin dəqiqləşdirilməmiş informasiya yazması nə dərəcədə düzgündür?”.




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az