Tanınmış publisist Xeyrəddin Qocadan Tahir İmanova DƏSTƏK- "Ekran "razborka" yeri deyil"

Tanınmış publisist Xeyrəddin Qocadan Tahir İmanova DƏSTƏK-

"TV-lər öz imkanlarından tanınmış adamları gözdən salmaq üçün istifadə etməməlidirlər"

Tanınmış publisist Xeyrəddin Qoca Moderator.az-a açıqlamasında məşhur KVN-şik Tahir İmanovla telekanallar arasında yaşanan xoşagəlməz söz duelinə münasibət bildirib:

"Televiziyalar haqqında çox adam fikir söyləyir, mən də onlarca tənqidi yazı yazıb, qəzetlərdə, kitablarımda çap etdirmişəm. Tahir İmanov olduqca istedadlı adamdır. Lakin televiziyalar haqqında fikir söyləyərkən bir az kobud söz işlədib. Televiziya işinin nə qədər ağır olduğunu o özü də yaxşı bilir... Lakin bəzi televiziyaların Tahir İmanovu aşağılamaq cəhdi lazımsız və yolverilmızdir! Televiziyalar öz imkanlarından tanınmış adamları cəmiyyətdə gözdən salmaq üçün istifadə etməməlidirlər. Çünki ekran "razborka" yeri deyil! Bu, televiziya işçilərinə başucalığı gətirmir, desinlər ki, "Tahir İmanov tükənib!" Tahir İmanov tükənib eləməyib. O səhnədə heç bir məmuru da aşağılamayıb, hörmətdən salmayıb, əksinə, məşhurlaşdırıb və hörmətə mindirib! Məmurlar da sənətkardan inciməməlidirlər. Adama deyərlər "soğan yeməmisən, için niyə ğöynəyir?"

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az