Tanınmış təhsil eksperti BDU rektorunun "müqavimət"ini şərh etdi...

Tanınmış təhsil eksperti BDU rektorunun
"19 il rektor işləmiş bir şəxsin universitetdə kafedra müdiri kimi fəaliyyət göstərməsinin də islahatlara "təsir"i mümkündür"

"Son aylar ərzində Bakı Dövlət Universitetində (BDU) edilən dəyişikliklər hamı tərəfindən birmənalı qarşılanmır. Hətta buna açıq şəkildə müqavimət göstərənlər də var".

BDU rektorunun bu fikrinə tanınmış təhsil eksperti Etibar Əliyev Moderator.az-a açıqlamasında münasibət bildirib.

"Elçin Babayevin bu fikrini şərh etmək çox çətindir. Fikrimcə ölkə başçısı bir şəxsə etimad göstərirsə, o şəxs bu mandatdan səmərəli istifadə etməlidir. BDU-nun indiki rektoru Azərbaycan cəmiyyətində normal imicə malik olan bir şəxsdir. Bu baxımdan o, apardığı islahatların fəlsəfəsini cəmiyyətə düzgün təqdim etməlidir. Bakı Dövlət Universitetində Elçin Babayevə qədər durğunluq xeyli dərinləşmişdi. Digər universitetlərdən fərqli olaraq burda 2 istiqamətdə; Humanitar və təbiət fakültələrində eyni zamanda islahatlara başlamaq lazımdır. Təbiət fakültələrində tədrisin və tədqiqatların səviyyəsi çox aşağıdır. Universitetin indiki durumuna avtoritar idarəçilik yaramır. Bu, böhranı daha da dərinləşdirə bilər. Bizim müşahidələrimiz göstərir ki, idarəetmədə Elçin Babayev hələlik düz yol seçib. İkinci mühüm bir məsələni deyim. Azərbaycanda əksər rektorlar özlərini həm də kafedra müdiri təyin ediblər. Əhliman Əmiraslanov, Abel Məhərrəmov, Yusif Məmmədov və başqalarını misal çəkmək olar. Düşünürəm ki, Abel müəllim universiteti tərk edib, AMEA sistemində çalışmağa üstünlük versə özünə də rahatlıq tapa bilər və gərginlikdən azad ola bilər. 19 il rektor işləmiş bir şəxsin universitetdə kafedra müdiri kimi fəaliyyət göstərməsinin də islahatlara təsiri mümkündür. Bakı Dövlət Universitetinin mövcud kafedralarının böyük əksəriyyətinin rəhbərləri ya deputatdır, ya da hakimiyyətin yuxarı eşalonunda çalışanların yaxın adamlarıdır. Məncə bundan sonra universitetdə islahatların zəruriliyini hamı anlamalı, sağlam ab-havanın yaradılması işində rektora maneçilik törətməməlidir. Digər tərəgdən BDU-nun Himayəçilər Şurası və İctimai Nazərət Şurası işlərini uzlaşdırmalıdırlar".

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az