Tarixçi alim: "Bakıda Paşinyanın "tərəfdarları" peyda olub?"-Mənbə davası

Tarixçi alim:

Dilavər Əzimli
Tarixçi alim
Bütöv Azərbaycan Ocaqlarının başkanının ideologiya üzrə müavini


"Nikol Paşinyanın Dağlıq Qarabağa səfər etməsi beynəlxalq hüququn pozulması deməkdir”.

Bu sözləri Azərbaycanın Xarici İşlər naziri Xələf Xələfov bildiribdir. Əslində, elə bu fikirdən yapışıb Nikol Paşinyana görə məni ittiham edənlərə cavab vermək mümkündür. 

Azərbaycan mətbuatının bəzi nümayəndələri yazdığım statusa görə etirazlarını bildirərək qeyd etdilər ki, bəs, Nikol Paşinyan tərəfindən deyilən fikirlər inandırıcı deyildir. Çünki dəqiq mənbə göstərilməyibdir və erməni saytları bunu tirajlamayıblar. 

Düzü, bilmədim ki, Azərbaycanda bu dığanı bu qədər müdafiə edənlər varmış. Bəlkə də ""tərəfdarları" bu qədər çoxdur ki, bir ucu da Azərbaycana gəlib çıxır və bizim ölkədə söz sahibidirlər.  Mənə bir anlıq elə gəldi ki, Bakı şəhərində doğrudan da Paşinyanın qohumları peyda olubdur. Hətta bəziləri daha irəli gedərək bildirdilər ki, bu cür münasibətə görə bu adamı cəzalandırmaq lazımdır. Çünki bu cür münasibət danışıqlar prosesinə mane olur.  Bəlkə məni məhkəməyə verəsiniz?

Əvvala, onun Azərbaycan ərazilərinə səfər etməsi beynəlxalq qanunlara ziddir. Bunu bizim Xarici İşlər nazirinin müavini də dilə gətiribdir. Demək, Azərbaycan tərəfi bu dığanı gətirən uçağa xəbərdarlıq atəşi də aça bilərdi. Nə əcəb bunu unutdunuz? Bu adam Azərbaycan ərazilərinə özündən əvvəlki bandit Sərkisyan kimi dədə-baba ərazisi kimi rahat gəlir və ağzına gələni danışır. Siz də deyirsiniz ki, o, bü cür ifadələr işlətməyibdir. Bəlkə deyibdir ki, "Qarabağ Azərbaycanın tarixi ərazisidir və biz də iddialarımızdan imtina edirik”. 

Hətta bir nəfər yazıb ki, Paşinyan müllətlərin müqəddarat hüququndan danışıbdır. Hansı müqəddarat hüququndan söhbət gedə bilər? Bir dəfə səhvə yol verib onlara İrəvanı verdik. İndi də bunu edək? Azərbaycan öz doğma ərazisində bu cür addıma yol verərmi? Bu nə düşüncədir? Bəli, biz onun qabağına sərt mövqelərlə çıxmalıyıq. Onda onun hünərinə baxım, bir də Qarabağa səfər edə.  

İkincisi, məndən mənbə istəyənlərə məsləhət görərdim ki, onun baş nazir seçilməsindən qabaq etdiyi çıxışlara yaxşı baxsınlar.  Bu adam doğrudan da ağlına gələni danışır. Türkiyəyə qarşı ərazi iddiası irəli sürürdü və Dağlıq Qarabağın Ermənistana birləşməsini vurğulayırdı. Cənab jurnalistlər, bundan daha etibarlı mənbə istəyirsiniz? 

Üçüncüsü isə, o Qarabağda bu cür çıxışlar etmişdi. Sadəcə olaraq hesablaya bilməmişdi. Çünki onu qubernator edən Rusiya rəhbərliyi ilə hələ görüşməyibdir.  Bu mənada yaxşı təlimat ala bilmədiyindən özü də qanmadan bu cür çıxışlar edir. Amma hesablaya bilmədi ki, son illərdə, xüsusilə son aylarda Rusiya-Türkiyə münasibətləri daha da güclənibdir. Hətta Rusiya-Türkiyə-İran arasında iqtisadi mərkəz yaratmaq üzrə danışıqlar haqqında söhbətlər də gedir. Bu mənada Rusiya üçün Ermənistan bir az arxa plana keçir. Ona görə də Qarabağda ehtiyatsız çıxış edən kimi Rusiya tərəfindən etiraz gəldi. Söhbət burada Türkiyədən və onun Azərbaycanı müdafiə etməsindən gedir.  Ermənilər də Paşinyanın çıxışını təftiş etdilər. 

Burada məni daha çox maraqlandıran bizim jurnalistlərin məndən mənbə istəməsidir. Nə əcəb, ermənilər bizdən yalanlar uyduranda onlardan mənbə istəmirsiniz? Yaxud bu terroristə bənzəyən dığa sizin üçün mübariz adama çevrildi?  Atalar yaxşı deyib: "İlanın ağına da, qarasına da lənət”. Sizcə bu ilan Sərkisyandan daha məqbuldur? Bəlkə bizə Qarabağı qaytaracaqdır? Yazlqlar olsun!

P.S.Mənə qarşı yazılan statuslarda hətta hərəkat dövründən tanıdığım adamların adlarını gördüm. Çox təəssüf etdim. Mənim üçün Vətən, Torpaq, Millət həmişə müqəddəs olubdur! Bunun naminə nəyə desən getməyə hazıram! Sizdən fərqli olaraq mən bu dığaya da Sərkisyana, Köçəryana bəslədiyim nifrəti bəsləyirəm!

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az