“Tarixdə ilk dəfə olaraq…” – Putindən kritik açıqlama

“Tarixdə ilk dəfə olaraq…” – Putindən kritik açıqlama

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin ABŞ qarşısındakı hərbi üstünlüyündən danışıb.

Miq.Az xəbər verir ki, Putin Rusiyanın hipersəsli sistemlərinin ABŞ-dan daha güclü olduğunu iddia edib.

"Sistemlərimiz "Mach 20”-dən (ABŞ raket sistemi) yuxarı sürətlə uçur. Bu, təkcə hipersəsli yox, qitələrarası raketdir. Bu, ondan ("Mach”) daha ciddi silahdır. Artıq Rusiyada hazır vəziyyətdədir”, - Putin deyib.

Prezident hipersəsli silahların mövcudluğunun perspektivli silahların hazırlanması sahəsində ABŞ-ı qabaqlamağı mümkün etdiyini vurğulayıb:

"Artıq belə sistemlərə sahibik və tarixdə ilk dəfə yüksək rəqabətli silah sistemlərində əsas rəqibimizi - ABŞ-ı belə qabaqlayırıq. Amma bunlardan hər kəsi təhdid etmək üçün sui-istifadə etmirik”.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az