Tbilisidə azərbaycanlı qətlə yetirildi - Foto

Tbilisidə azərbaycanlı qətlə yetirildi - Foto
Gürcüstanın paytaxtı Tbilisi şəhərinin Abanotubani rayonunda ötən gecə azərbaycanlı odlu silahla qətlə yetirilib.

APA-nın yerli bürosunun məlumatına əsasən, onun meyiti "Toyota” markalı avtomobildə aşkar olunub. Həmin şəxsin Rusiyada cinayət əməllərinə görə axtarışda olduğu bildirilir.

Digər məlumatlara əsasən, qətlə yetirilən şəxs Azərbaycan vətəndaşıdır.

Hadisə şahidlərinin sözlərinə görə, atəş səslərindən öncə qətlə yetirilmiş şəxs başqa şəxslə restoranda olub və onlar mübahisə ediblər.

Bütün gecə ekspert-kriminalistlər hadisə yerində istintaq tədbirləri həyata keçiriblər.

Faktla bağlı hələlik saxlanılan yoxdur.

Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı hələ rəsmi məlumat yaymayıb.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az