Təhsil şöbəsi 76 mini necə taladı? – Füzulidə

Təhsil şöbəsi 76 mini necə taladı? – Füzulidə

Füzuli rayon Təhsil Şöbəsində maliyyə yoxlamaları aparılıb.

VİZUAL.az xəbər verir ki, əvvəlcə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti, ikinci Ağcabədi rayonundakı 10 saylı Regional Maliyyə Müfəttişliyi araşdırmalar həyata keçirib.

Ötən il Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin yoxlamaları ilə Füzuli Rayon Təhsil Şöbəsində əməkhaqları ilə bağlı ciddi faktların aşkarlandığı bildirilir. Hətta məlumatda deyilir ki, bu yoxlama geniş əhatəli nəzərdə tutulsa da, əməkhaqları ilə bağlı faktların aşkarlanması yetərli olub.

İrevan.press.com yazıb ki, yoxlamalarla müəllimlərin maaşlarından direktorun maaşına əlavə edilmə, ikili əməkhaqqı cədvəli (Tabel) kimi faktlar aşkarlanıb.

Bundan əlavə qəsdən müəllimlərin maaşlarına əlavələr edlib, sonradan direktor vasitəsi ilə gerialınma halları da müəyyən edilib. Bu hallara daha çox rayonun Əhmədallar, Kərimbəyli, Şükürbəyli və s. kəndlərində rast olunduğu deyilir.

 

Beləliklə də, təkcə əməkhaqlarının verilməsindəki qanunsuzluqla 760 min manat dövlət vəsaitinin mənimsənilməsi məlum olub. Məlumata görə bu vəsait büdcəyə bərpa olunub, üstəgəl 1,4 milyon isə...

 

İkinci, Maliyyə Nazirliyinin Ağcabədi rayonundakı 10 saylı Regional Maliyyə Müfəttişliyinin ötən ay yekunlaşan yoxlaması isə Füzuli rayon təhsil müəssisələrində bərk və yumşaq invertarların və digər texniki avadanlıqların alınması ilə bağlı olub.

Qeyd edək ki, bu yoxlama rayonun Qayıdış qəsəbəsindəki 8№-li məktəbin keçmiş direktoru Əmir Həsənovun şikayəti ilə baş tutub. Bu yoxlamalarla xüsusi ilə rayonun iri şəhərlərdəki məktəblərinə invertar və texniki avadanlıqların alınmasında ciddi qanun pozuntularına yol verildiyi məlum olub.

Almaz xanımın bu əməliyyatlarda əvvəllər direktoru olduğu internat məktəbinin möhüründən istifadə etdiyi haqda da məlumat var. Daha çox diqqət çəkəcək fakt isə Almaz xanımın artıq sabiq sayılan MTN generallarından biri ilə qohumluq əlaqəsi ilə bağlıdır.

Məhz bu, son "MTN işi” ilə bağlı istintaqı gedən generalın sayəsində onun dəfələrlə çətin durumdan, eləcə də ötənilki yoxlamadan qurtulduğu deyilir. Qarşıdakı günlərdə mövzunu davam etdirməyə çalışacağıq.

 




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az