“Telman İsmayılov iki sahibkarın qətlini təşkil edib” – Svetlana Petrenko

“Telman İsmayılov iki sahibkarın qətlini təşkil edib” – Svetlana Petrenko
Moskvada Çərkəz bazarının keçmiş sahibi Telman İsmayılov 2016-cı ildə iki sahibkarın qətlinin təşkilində ittiham olunur.

Miq.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko deyib.
O qeyd edib ki, istintaq T.İsmayılovu ötən il iş adamları Vladimir Savkinin və Yuri Brılevin qətlinin təşkilatçısı hesab edir.
Qətldə təqsirləndirilən Rafiq İsmayılov və Mehman Kərimov həbs olunub, Telman və Vaqif İsmayılovlar barəsində isə nəzarət altında saxlanılmaqla qiyabi olaraq ehtiyat tədbiri seçilib.
S.Petrenko əlavə edib ki, T.İsmayılovun beynəlxalq axtarışının təşkili üçün müvafiq materiallar RF Baş Prokurorluğuna göndərilib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az