Telman İsmayılov niyə vurulur?

Telman İsmayılov niyə vurulur?
Telman İsmayılova təzyiqlərin və şantajların arxasında siyasi məqsədlər durur?
Bir ilə yaxındır Rusiya mediasında yəhudi əsilli azərbaycanlı iş adamı, AST şirkətlər qrupunun prezidenti, oliqarx Telman İsmayılovun adı müxtəliş xarakterli cinayətlərdə hallanır. 
Rusiya KİV-ləri onu maliyyə fırıldaqçılığından tutmuş adam qətl sifariş verilməsinə qədər çeşidli cinayətlər "ittiham edir”. Bu qədər "cinayətlər”ə baxmayaraq, Telman İsmayılovla bağlı qiyabi də olsa nə həbs qəti imkan tədbiri seçilib, nə də axtarış elan olunub. Lakin son hadisələr- cənab İsmayılovun qardaşı və oğlu ilə bağlı Rusiya mətbuatında yazılanlar onu deməyə əsas verir ki, yaxınlarda oliqarx həmyyerlimizin başının bərk ağrıyacaq. Hətta ola bilsin ki, Telman İsmayılov un həbsi də reallaşsın. 
Əslində nə baş verir?
Telman İsmayılov ətrafında aparılan "qara PR”-ın, o cümlədən ona qarşı irəli sürülən adam öldürməyi sifariş etmək kimi ciddi cinayət işlərinin əsasında nə dayanır? Bu barədə Telman İsmayılova yaxın olan məlumatlandıran mənbə MilliYol-a bildirib ki, RF hüquq-mühafizə orqanları tərəfindən açılan və bəziləri dondurulan istintaq hərəkətlərinin Rusiya və yerli mətbuatda anons edilməsində məqsəd İsmayılovun qarşısına Rusiya hakimiyyəti tərəfindən qoyulan tələbələrə razı salmaq məqsədi ilə həyata keçirilir. Mənbə qeyd edib ki, Telman İsmayılova təzyiqlərin və şantajların arxasında siyasi məqsədlər durur və Telman İsmayılovun həbsinin yubadılması məhz buna görə yubadılır. Ümid edilir ki, yəhudi əsilli azərbaycanlı milyarder nəticədə qarşısına qoyulan şərtlərlə razılaşacaq. 
Bəs Telman İsmayılovdan nə istənilir? 
Bu sualı cavablandıran mənbəmiz qeyd edib ki, Rusiya hakimiyyəti Telman İsmayılovu Azərbaycandakı siyasi prosseslərə cəlb etmək istəyir. Bildirildiyinə görə, rəsmi Moskva 2018-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkiləri ərəfəsində yeni layihələr hazırlayıb və bu projelərin maliyyələşməsi işinə azərbaycanlı milyarderləri cəlb edib. Başda İlham Rəhimli, Fərhad Əhmədov, Qod Nisanov olmaqla, bir çox əslən azərbaycanlı milyarderlər Rusiya xüsusi xidmət orqanlarının sözündən çıxmasa da, Telman İsmayılov digərlərindən fərqli davranıb. O, tez-tələsik öz şirkətlərini məhkəmə qaydasında müflis elan edərək iflas olduğunu və antiAzərbaycan planlarına dəstək verə bilməyəcəyini diqqətə çatdırıb. Bundan sonra isə Rusiya kəşfiyyatı Telman İsmayılovu yolundan döndərmək üçün çeşidli şantajlara əl ataraq onu müxtəlif cinayətlərdə ittiham edir.  
Mənbə bldirib ki, son hadisələr də Telman İsmayılova qarşı tətbiq edilən cəza və təzyiqlərin tərkib hissəsidir. (milliyol.az)
 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az