Ötən gecə Xankəndində atəş açan iki erməni “alkaş” imiş...

Ötən gecə Xankəndində atəş açan iki erməni “alkaş” imiş...
Ötən gecə Xankəndində eşidilən və ermənilər arasında "Azərbaycan hərbçiləri gəldi” deyə panika yaradan atəş səslərinin mənbəyi aydınlaşıb. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, atəş açanların sərxoş vəziyyətdə olan iki erməni sakin olduğu bildirilir. Qondarma rejimin nümayəndəsi Vaqram Poqosyan deyib ki, həmin şəxslər alkaqolun təsiri altında havaya atəş açıblar və saxlanılıblar.

Qeyd edək ki, ötən gecə bir sıra erməni KİV-ləri və Telegram-kanalları Azərbaycan hərbçilərinin Şuşa istiqamətindən guya Xankəndi ətrafına gəldiyini, atəş açdığını bildiriblər. Şəhərdə isə ciddi panika yaranıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az